XƏBƏR LENTİ

16 Noyabr 2018
15 Noyabr 2018

Digər Xəbərlər

23 Aprel 2018 - 16:06

MTN generallarına hökm oxundu –Sabiqlər uzunmüddətli həbs cəzasına məhkum olundular (SİYAHI)

mtn-1.jpg

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri – general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri – Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Genrallara hökm oxunub.

“Report” xəbər verir ki, məhkəmənin hökmü ilə Ggneral Teymur Quliyev 12 il, Fuzili Əliyev 14 il, Zaur Məmmədov 10 il 6 ay, Natiq Alıyev 10 il 6 ay, Anar Şirəliyev və Eşqin Əliyevin hər biri 3 il müddətinə müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmənin hökmü ilə general Sübahir Qurbanov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Fərhad Atayev və Elşən Əzizov 3 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib və onlar məhkəmə iclas zalından azadlığa buraxılıblar.

Qadın general Natəvan Mirvətova barəsində də 5 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib. (APA)