XƏBƏR LENTİ

19 Noyabr 2018
18 Noyabr 2018

Digər Xəbərlər

21 Noyabr 2016 - 19:49

İstiqlalçı deputat Məryəm Həsənova:"Deputat seçilməyimin birinci həftəsində ailəm ağır qəzaya düşdü”

meryem-hesenoa

“Yaşadığım yerin insanları hər gün mənimlə maraqlanır. Bəlkə də 15 il müəllim kimi fəaliyyət göstərməyimin nəticəsidir ki, insanlar xüsusi diqqətlərini əsirgəmirlər”.

Bunu istiqlalçı deputat Məryəm Həsənova deyib. O, səhhətindəki problemdən danışarkən, özünə qarşı ictimai diqqətdən də söz açıb

“Artıq neçə illərdir ki, səhhətimdə problem var. Deyə bilərəm ki, daha nə müalicə alıram, nə də həkim yanına gedirəm. Səhhətimi Allahın ümidinə buraxmışam. Elə bilirəm ki, mənə qarşı ictimai mövqedə ögey münasibət var. İstiqlalçı deputatların bir çoxu mənimlə maraqlanır. Xüsusilə, Hacıbaba Əzimov tez-tez zəng edib əlaqə saxlayır. Mənim dərdim çox böyükdür. Bu dərd illərdir ki, ürəyimdə özünə yer edib. Hər dəfə televiziyada şəhid tabutu görəndə dözə bilmirəm. 1990-cı illərdə vəziyyət gərgin olduğundan bu cür hallar baş alıb gedirdi. 1990-cı ilin 6 oktyabrında o zamankı Milli Məclisə deputat seçildim. Deputat seçilməyimin birinci həftəsi ailəm ağır qəzaya tuş gəldi. Həmin gün dərd ürəyimə qondu”. (modern.az)

Eks-deputat, ailəsi ilə bağlı suala da cavab verib.

“Qəza törədilən vaxt ailə qurmamışdım. Lakin anam israrla ailə qurmağımı istəyirdi.  Anamın xətrinə ailə həyatı qurdum. Amma övladım olmadı”.