Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    PROFESSOR QULU MƏHƏRRƏMLİ JURNALİSTİKAMIZ HAQDA:“Ev iti olub, yağlanıb-piyləniblər…” - (MÜSAHİBƏ)
  • vahid_ehmedov_yeni.jpg" width="300" height="266" />
    Vahid Əhmədov:“Azərbaycanda 2018-ci ildə bu iki nəfərdən biri prezident seçiləcək” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    İLYAS İSMAYILOV NƏRİMANOVUN MÜDAFİƏSİNƏ QALXDI:"Generallarımızı məhz o, ermənilərin əlindən xilas etdi..." - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    MEHMAN ƏLİYEV HÖKUMƏTİN MEDİA SİYASƏTİNİ SƏRT TƏNQİD ETDİ:"Hakimiyyət cəmiyyətlə informasiya mübadiləsini tamam itirib"- Müsahibə
  • " width="300" height="266" />
    Tomas de Vaal:“Qafqaz Moskvanın gündəliyində daha aşağı prioritetə keçib” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    POLİS RƏİSİ NARDARAN ƏMƏLİYYATININ DETALLARINI AÇDI:"Onların başı üzərində Azərbaycan yox, "Hizbullah"ın bayrağı dalğalanırdı" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Deputat Vahid Əhmədov:"Azərbaycan üçün bu qədər nazirlik, komitə çoxdur..."
  • " width="300" height="266" />
    Keçmiş deputatdan sensasion müsahibə:"Ətrafımda olanlar mənə şər atdı, ən böyük zərbəni isə rəfiqəm vurdu..."
  • " width="300" height="266" />
    Sabiq türk kəşfiyyatçısı:"Türkiyənin artıq səhv addımlar atmağa dözümü qalmayıb..."
  • " width="300" height="266" />
    Xalq artisti Rasim Balayev:"İş yoxdur, işsizəm, sıxılıram..."

Qaynar Qazan

Qapalı Mövzu





Vəkil Bürosu

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

11 Dekabr 2017
10 Dekabr 2017
09 Dekabr 2017

19 İyun 2017 - 10:50

“Global İnnovation İndex”in yeni reytinqi –Azərbaycan "inkişafdan qalmış ölkələr" qrupundan niyə çıxa bilmir?

Bu il Azərbaycan 30,6 balla “Global İnnovation İndex” reytinqində 82-ci yeri tutub.

Sayca onuncu olan bu qlobal araşdırma ABŞ-ın Kornell Universiteti, Fransanın İNSEAD biznes məktəbi və BMT nəzdində Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən keçirilib. Bu il alimlər planet əhalisinin 92%-nin yaşadığı və dünya ÜDM-nin təxminən 98%-ni verən 127 ölkə haqqında məlumatları təhlil ediblər.

Reytinqdə birinci yeri ardıcıl olaraq yeddinci dəfədir İsveçrə tutub. Ən yaxşılar sırasına İsveç, Niderland, ABŞ, Böyük Britaniya, Danimarka, Sinqapur, Finlandiya, Almaniya və İrlandiya da daxil olub.

Ötən illə müqayisədə ölkəmiz üç pillə irəliləyib, bu, əlbəttə ki, sevindirir. Amma ölkənin əvvəlki kimi "inkişafdan qalmış ölkələr" qrupunda qalması, Keniya, Liberiya, İordaniya ilə qonşu olması əhvalı xeyli pozur. Ən pisi odur ki, Azərbaycanın resurslarının və potensialının yarısına belə malik olmayan Ermənistan və Gürcüstan bizdən çox-çox yaxşı yerləri – müvafiq olaraq 50 və 68-ci yerləri tutub. MDB-dən digər qonşular da bizdən irəlidədir: Rusiya 45-ci yerdə, Ukrayna 50-ci, Moldova 54-cü, Qazaxıstan 78-ci yerdə. Belarusun 88-ci, Tacikistanın 94-cü, Qırğızıstanın 95-ci yeri tutması zəif bir təsəllidir.

Siyahıda son yerdə Nigeriya, Zambiya, Toqo, Qvineya və Yəmən gəlir.

Global İnnovation İndex reytinqi bir neçə göstərici əsasında, xüsusən araşdırma və elmi-texniki kəşflərə investisiyalar, habelə innovativ ideyaların istehsalatda tətbiqi səviyyəsinə görə tərtib edilir ki, tədqiqatçıların fikrincə, bu, iqtisadi inkişaf üçün əsas amillərdən biridir. Həmçinin, ölkənin təhsil xərcləri və infrastrukturun inkişafı təhlil edilir.

Müstəqil ekspert Azər Mehdiyev qeyd edir ki, ölkəmizdə bir çox sahələrdə rəqabətədavamlı məhsulların istehsalı üçün potensial var. Ayrı-ayrı texnoloji nailiyyətlər əsas şeyi əvəz etmir. Azərbaycanda elmi potensial iqtisadiyyatın inkişafı prosesinə cəlb edilməyib, buna görə iqtisadiyyatın innovativ inkişaf modelindən danışmaq lazım gəlmir: "Ölkədə innovativ fəallığın aşağı olmasının səbəbləri bir sıra problemlərlə bağlıdır. Birincisi, araşdırma və kəşflərlə məşğul olan alimlərin sayı azalır. İnsanların elmdən uzaqlaşmasına aşağı əmək haqları, elmi tədqiqatların aparılması üçün şəraitin və maliyyə vəsaitinin olmaması səbəb olur. Dövlətin elmə münasibətinin əyani dəlili bu sahəyə ayrılan investisiyaların ÜDM-in 1%-nə belə çatmamasıdır, bu, dünyada həddindən artıq aşağı göstəricidir. Elm üzrə dünya reytinqlərində Azərbaycan Milli Elmlər Akademiyası kənar yerləri tutur – 1800-dən o tərəfə… Belə olan şəraitdə innovasiyalar və texnologiyalar haqqında danışmaq olar?",- deyə Mehdiyev bildirib.

Yaranmış vəziyyətin digər səbəbi əqli miqrasiyadır, perspektivli alimlər xaricə gedir, yeni ideya və kəşfləri özləri ilə aparırlar. Peşəkar kadrların axını ölkə iqtisadiyyatının inkişaf sürətinə mənfi təsir edir, innovasiyalar və elm sahəsində insan kapitalının keyfiyyətini aşağı salır. Nəticədə Azərbaycanın illik birbaşa itkilərini ən az 3 mln. dollar olaraq qiymətləndirmək olar.

Qeyri-mükəmməl institutlar, daxili bazarın aşağı inkişaf göstəriciləri və yaradıcılıq fəaliyyətinin nəticələri də innovasiya potensialının həyata keçirilməsinə mane olur.

"The Global İnnovation İndex”-in mühüm göstəricilərindən biri bir milyon nəfərə düşən ali məktəb məzunlarının, elmlər doktorlarının və patentlərin sayıdır. Azərbaycanda bu sahədə göstəricilər çox aşağıdır” – deyə təhsil üzrə ekspert Etibar Əliyev qeyd edir. – Əsas maliyyə vəsaiti plan üzrə mütəxəssislərin buraxılmasına və nəzəri araşdırmaların aparılmasına ayrılır. Kəşflərin iqtisadiyyatda uğurla tətbiqinə ümid etmək olmur".

Əliyevin fikrincə, elm sahəsində dövlət siyasəti dəyişdirilmədən, innovasiya təşəbbüsləri dəstəklənmədən, texnologiya parkları real olaraq işləmədən Azərbaycan “Global İnnovation İndex” reytinqində aparıcı mövqeləri tuta bilməz. İnnovasiya fəaliyyətinin inkişafına elmi araşdırmalara ayrılan xərclərin artırılması şərait yaradır, həmçinin elmi-texniki potensialı artırmaq, ali məktəblərin elmi-tədqiqat imkanlarını genişləndirmək lazımdır. (Turan)