Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    Cahangir Hacıyev həbsxanadan Samir Şərifovu ittiham etdi:“Devalvasiyanın günahkarı banklar yox, maliyyə naziridir” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə Şeyxin müdafiəsinə qalxdı:“Ona qarşı danışanlar Rusiyanın agentləridir” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Lapşin Akif Çovdarovla həbsxanadakı görüşündən danışdı:"Hakimiyyəti söyürdü..." - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Allahşükür Paşazadənin qudası olan sabiq deputat:"Şeyx cavan adamdır, nə istefa, nə bir şey!"
  • " width="300" height="266" />
    XİN rəsmisi:"ÜAK-ın ləğvi barədə qərar ciddi sual və dərin təəssüf doğurur"
  • " width="300" height="266" />
    İraq Kürdüstanı politoloqu İqbal Dürrə:“Kərkük Kürdüstanın ürəyidir, onu heç kimə vermərik” – Müsahibə
  • " width="300" height="266" />
    Rəsul Quliyev yeni neft sazişinin görünməyən tərəflərindən danışdı:"Azərbaycan buna məcbur edildi" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Deputat Fazil Mustafa:"Rusiyaya nökərlə dost arasındakı fərqi çatdırmağa çalışmalıyıq"
  • " width="300" height="266" />
    Rəsul Quliyev 2005-ci illə bağlı sensasion faktlar açıqladı:"Saakaşvili Gürcüstana gəlməməyimi tələb etdi" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Deputat Qüdrət Həsənquliyev:“İlham Əliyev iqtidar daxilində yeganə birləşdirici fiqurdur” – MÜSAHİBƏ

Qaynar Qazan

  • " width="300" height="266" />
    Elçibəyin dostu 17 illik sirri açdı:“Cənazəsi ilə birlikdə bir çanta pul gətirdim” - VİDEO
  • " width="300" height="266" />
    Mirmahmud Mirəlioğlundan şok açıqlamalar:“Elçibəyin ölümündə müəmma var!”-VİDEO
  • " width="300" height="266" />
    Zəminə Allahyarova yaxın tarixə işıq salır:“Heydər Əliyev Beycana "oğlum" deyirdi” - VİDEO
  • " width="300" height="266" />
    23 illik dostu Elçibəyin son günlərindən danışdı:“Elçibəyin əleyhinə danışanların hələ də günahı var və cəzalarını çəkib qurtarmayıblar”-VİDEO
  • " width="300" height="266" />
    Beycan Fərzəliyevin xanımı 25 ildən sonra danışdı:“Heydər bəy də, Əbülfəz bəy də çox maraqlı həmsöhbət idilər”-VİDEO
  • " width="300" height="266" />
    Sabiq Baş nazir Nobelə gedir:"Turan Birliyini yeni nəsil texnologiya ilə qura bilərik"-VİDEO
  • " width="300" height="266" />
    Beycan Fərzəliyevdən tarixi açıqlamalar:“Eiçibəy xəstəliyini uzun müddət gizlətdi, heç kimə demədi” - VİDEO
  • " width="300" height="266" />
    Sabiq Baş nazirdən heyrətamiz iddia:“Yusif Məmmədəliyevin ölümü müəmmalıdır, onu öldürdülər” - VİDEO
  • " width="300" height="266" />
    Becan Fərzəliyevdən şok müsahibə:“Elçibəy Heydər Əliyevi sevirdi”-VİDEO
  • " width="300" height="266" />
    Rusiyadakı keçmiş səfirimizdən ilginc proqnoz:“Rusiya çökəcək, o zaman çox şey dəyişəcək”- VİDEO

Qapalı Mövzu




Vəkil Bürosu

Sentyabr 2017
BE ÇA Ç CA C Ş B
« Avq    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

XƏBƏR LENTİ

23 Sentyabr 2017
22 Sentyabr 2017

13 Sentyabr 2017 - 13:48

Sərdar Cəlaloğludan “26” kafesi ilə bağlı sərt mesaj:“Abutalıbovun o yerdə gözü var, ona görə oranı dağıdıb”

 

“Hacıbala Abutalıbovun orada iştirakı sadəcə demaqoqluq idi. Bu dava “26” adı ilə bağlı deyil. Hacıbala Abutalıbov o qədər patriot, dövlətçi deyil ki, “26” adı onu qıcıqlandırsın. Bakı meriyasından 20 metr aralıda, Elmlər Akademiyasının Rəyasət Heyətinin binasının üzərində SSRİ-nin gerbi durur.  Hacıbala Abutalıbov bu qədər diqqətli və vətənpərvərdirsə, birinci gedib o gerbi söksün”.

Strateq.az bildirir ki, bu sözləri modern.az-a müsahibəsində ADP sədri Sərdar Cəlaloğlu  kafe ilə bağlı qalmaqalı şərh edərkən bildirib.

Onun sözlərinə görə, kafe ilə bağlı da məsələ heç də “26” adına görə deyil: “Sadəcə o yerdə cənab Abutalıbovun gözü var, hücum edib oranı dağıdıb. Azərbaycanda qanunlara görə, mülkiyyət toxunulmazdır. Heç kim heç kimin mülkiyyətinə toxuna bilməz.  İstəyir lap ora erməni “Andranik”, “Şaumyan” adları qoyulsun, bu, yenə də düzgün deyil. Ada görə, camaatın mülkünü ələ keçirməyə, onun iqtisadi fəaliyyətinə qadağa qoymağa ixtiyarı yoxdur. Sahibkarların fəaliyyəti qanunla tənzimlənir, onların mülkiyyəti Konstitusiya ilə qorunur. Bəs Hacıbala Abutalıbov,  sən kimsən ki, məhkəmənin qərarı olmadan xalqın mülkiyyətini dağıdırsan, fəaliyyətinə qadağa qoyursan?! Bakı Şəhər İcra Hakimiyyətinin məgər belə səlahiyyəti var?!”

ADP sədri bununla yanaşı qeyd edib ki, kafeni işlədən həqiqətən də “26” adını 26 Bakı komissarının şərəfinə qoyubsa, onlar da mənəviyyatsız adamlardır: “Bir daha vurğulayıram. Əgər həqiqətən də belədirsə”.

“Ad məsələdirsə, o zaman Hacıbala Abutalıbov hücum etsin “Kral Lir”, “Monte Karlo”, “Mafia” klubunu da dağıtsın da! Bu gün Fəxri Xiyabanda Azərbaycanın düşmənləri olmuş bəzi kommunistlərin qəbirləri var. Hacıbala Abutalıbov istiqlal davası aparırsa, getsin, Fəxri Xiyabandakı Azərbaycan xalqının düşmənlərinin qəbrini söksün!”- deyə ADP sədri vurğulayıb.

S. Cəlaloğlu bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti nəhəng problemləri görmür. Bu problemlərin içərisindəki cüzi bir məsələni tapıb deyir. Azərbaycan qanunvericiliyinə görə, reklamlar, müəssisələrin adları hamısı Azərbaycan dilində olmalıdır: “Baxın görün Azərbaycanda nələr var: “Mafia” adında kafe ya da klub, “Kral”, “İmperator” adında şadlıq sarayları var. Biz necə cəmiyyətdə yaşayırıq ki, orta əsərlərin anlayışları bu gün Bakı şəhərində reklamları bəzəyir?! Niyə müəssisələrin adları xarici tarixi adlarla qeydiyyatdan keçir? Azərbaycan tarixində çox görkəmli şəxsiyyətlər olub. Niyə onların adları qoyulmur? Niyə Bakının mərkəzində “Şah İsmayıl”, “Nadir Şah” adlı şadlıq sarayları deyil, Avropa tarixi ilə bağlı adlar qoyulur. Götürüb Şekspirin qəhrəmanlarının adlarını, orta əsr Avropa tarixi şəxslərinin adlarını müəssisələrə qoyurlar”.