Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    SOCAR-ın trest müdiri ittihamlara cavab verdi:"Qarayaxanlara yalnız gördüyümüz işlərlə cavab verəcəyik..."
  • " width="300" height="266" />
    Avropa İttifaqının Azərbaycan üzrə xüsusi nümayəndəsi:“Tərəflərin razılığı olmadan Qarabağ münaqişəsinin həlli mümkün deyil” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    İrandan yenicə dönən VİP sədri seçkilər haqda:"Opponentliyimiz onları narahat edir" - Müsahibə
  • " width="300" height="266" />
    Rövnəq Abdullayev:“Xəzər dənizindən təbii qazın Avropaya nəql olunmasına bir addım qalıb” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    General İvaşov:“2018-ci ildə Rusiyada inqilab qaçılmaz olacaq” – Müsahibə
  • " width="300" height="266" />
    İsrail politoloqundan qalmaqallı açıqlamalar:“Azərbaycan İrana hücum üçün ən əlverişli yerdir" – Müsahibə
  • " width="300" height="266" />
    PƏNAH HÜSEYN SEÇKİLƏRDƏN DANIŞDI:"İsa Qəmbər iştirak etsəydi, bu, başqa bir situasiya olardı" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Erməni siyasətçisi Aram Manukyan:“Ermənistan Qarabağa görə Qafqaz iqtisadiyyatında sıfırıncı yerdə durur” – Müsahibə
  • " width="300" height="266" />
    Avropa İttifaqının Azərbaycandakı səfiri:“Bizim üçün söz azadlığı çox vacibdir” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Müvəqqəti azadlığa buraxılmış dustaq jurnalist:"Əsas anamdan narahat idim..." - MÜSAHİBƏ

Qaynar Qazan

Qapalı Mövzu





Vəkil Bürosu

Qadın Sözü

Fevral 2018
BE ÇA Ç CA C Ş B
« Yan    
 1234
567891011
12131415161718
19202122232425
262728  

XƏBƏR LENTİ

21 Fevral 2018
20 Fevral 2018

13 Sentyabr 2017 - 21:35

Politoloq:“Təəssüf ki, dini liderlərin görüşlərinin bir nəticəsi olmayıb”

Ötən həftə Moskvada Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin üçtərəfli görüşü keçirildi. Bu görüşdə Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həlli məsələsi geniş müzakirə edilib.

Həmçinin görüşdə Dağlıq Qarabağ və ətraf rayonlardakı dini abidələrin və məscidlərin dağıdılması diqqətə çatdırılıb. Görüşdə Azərbaycan-Ermənistan sərhədində dini liderlərin görüşlərinin keçirilməsi təklifi də yer alıb.

Dini liderlərin görüşünün yekununda imzalanan bəyanatda bir çox məsələlərlə yanaşı, azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması xüsusi olaraq qeyd edilib. Bütövlükdə dini liderlərin görüşündə səsləndirilən çağırışların məntiqi nəticəsi olacaqmı?

Politoloq Fikrət Sadıxov kaspi.az-a bildirib ki, Azərbaycan və Ermənistan dini liderləri arasında bir neçə dəfə belə görüşlər keçirilib: "Əlbəttə, dini liderlər digər ictimai xadimlər kimi görüşüb, müzakirə apara bilərlər. Təbii ki, bu görüşlərdən erməni tərəfi hansısa nəticələr çıxarmalıdır. Onu qeyd edim ki, erməni kilsəsinin öz xalqına və diasporuna təsiri çox böyükdür. Ona görə də bu məsələdə erməni din xadimlərinin real, obyektiv yanaşmasından çox şey asılıdır.

Politoloq vurğulayıb ki, dini liderlərin görüşündə girovların azad olunması ilə bağlı bəyanat səsləndi. Bu, əslində reallığa uyğun çağırışdır:  “Çünki Dilqəm Əsgərovla Şahbaz Quliyev işğal edilmiş Azərbaycan torpaqlarında girov götürülüblər. Burada digər məqam isə ondan ibarətdir ki, gələcəkdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ərəfəsində dini liderlərin görüşü müsbət bir fon yarada bilərdi. Amma təəssüflər olsun ki, dini liderlərin görüşlərinin bir nəticəsi olmayıb. Çünki ermənilərin istər rəsmiləri, istər ictimai xadimləri, istərsə də dini liderləri çox qeyri-konstruktiv mövqe nümayiş etdirir. Rusiya patriarxı vasitəsilə keçirilən belə görüşlərdə Azərbaycan öz mövqeyini bildirir və Rusiya ilə Ermənistan hər halda bunu eşidirlər. Hesab edirəm ki, bu kontekstdə dini liderlərin görüşündə müsbət amillər var”.

F.Sadıxov əlavə edib ki, erməni dini liderləri heç vaxt sülhpərvər olmayıb: "Ermənilər digər dini liderlərdən fərqli olaraq, hər zaman sərt mövqedə olublar. Onların "Böyük Ermənistan” xülyası ilə Dağlıq Qarabağ məsələsini qabartması və azərbaycanlılara düşmən münasibəti hər zaman eyni olub. Biz sadəcə onları fakt qarşısında qoyaraq, Azərbaycanın haqlı mövqeyini qabartmalıyıq. Bu dəfəki görüşdə Azərbaycanın dini lideri Allahşükür Paşazadə Qarabağ məsələsini kifayət qədər qabarıq şəkildə ermənilərin diqqətinə çatdırdı. Ermənilərdən hansısa kompromis, sülhə çağırış addımlarını gözləmək lazım deyil, bu heç vaxt olmayıb və indi də olmayacaq”.

Politoloq qeyd edib ki, erməni dini lider II Qaregin azərbaycanlı girovlar D.Əsgərov və Ş.Quliyevin azad olunmasına nail ola bilər: "Əgər imza atdığı bəyanatda bu məsələ öz əksini tapıbsa, gərək bununla bağlı hansısa addımlar atsın. Bunun üçün də erməni dini lider Ermənistandakı və separatçı rejimdəki hərbi-siyasi dairələrə təzyiqlər göstərməlidir. Amma burada ermənilərin dini liderinin səmimiliyinə bir o qədər inanmıram. Bütövlükdə bu məsələ ilə bağlı nə isə demək çətindir, gələcək göstərəcək