Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    GENERAL MƏHƏRRƏM ƏLİYEV İSLAHATLARDAN DANIŞDI:"Önəmli işlər görülür" - Müsahibə
  • " width="300" height="266" />
    Deputat Qüdrət Həsənquliyev:“Pulları yeyib, özlərinə villa, yaxta alıblar, indi dövlət onların borcunu ödəyir” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Britaniyalı jurnalist Edvard Lukas:"Putin rejimi xaricdən sabit görünür, daxildə ciddi qayğıları var" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “PLAN MƏLUMDUR…” –Nazirdən Qarabağ danışıqları ilə bağlı mühüm açıqlamalar
  • " width="300" height="266" />
    Deputat Fəzail Ağamalı prezident seçkilərindən danışdı:"...Mehriban xanım prezidentlik marafonuna qoşulmayacaq" - Müsahibə
  • " width="300" height="266" />
    Keçmiş prezident Kərzai:“Əfqanıstandakı İŞİD-i ölkəmizi qurban vermək istəyən xarici qüvvələr yaradıb” – Müsahibə
  • " width="300" height="266" />
    PUTİNİN AZƏRBAYCANLI DOSTUNDAN SENSASİON QARABAĞ AÇIQLAMASI:"Sülhməramlıların yerləşdirilməsində Moskvanın şərti var" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Bakı Metropolitenində yeniliklər:liftlər, yeni stansiyalar, yeni qatarlar... (Müsahibə)
  • " width="300" height="266" />
    PUTİNİN BAŞ STRATEQİNDƏN SENSASİON AÇIQLAMALAR:"MKİ o gecə Putinin ətrafıyla danışmışdı ki, Ərdoğana qarşı mövqe tutsun" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Tofiq Zülfüqarov yeni qurum yaradır:“Eldar Namazovla görüşəcəyik...” MÜSAHİBƏ

Qaynar Qazan

  • " width="300" height="266" />
    Tomrid Hatəmi yaxın tarixin yaralarından danışır:“Elçibəylə Hatəmini kimlər ayırdı?!”-VİDEO
  • " width="300" height="266" />
    Məhəmməd Hatəminin qardaşı:“Meydan”dakı döyüşkən ruh, Məhəmməd Hatəminin ruhu idi...-VİDEO
  • " width="300" height="266" />
    Məhəmməd Hatəminin qardaşı Tomrid Hatəmi:“NKVD Pişvərini oğurlayıb Bakıya gətirdi”-VİDEO
  • " width="300" height="266" />
    Elçibəyin icra başçısı gizlinlərdən danışdı:“Tamara söhbəti 100 faiz yalandır”-VİDEO
  • " width="300" height="266" />
    Elçibəyin icra başçısı qiyamın səbəblərini açdı:“Sürət Hüseynovla hakimiyyəti üz-üzə qoyan üçüncü qüvvə var idi...”-VİDEO
  • " width="300" height="266" />
    Keçmiş başçıdan tarixi açıqlamalar:“Elçibəy Nizami məqrəbəsində məni yanına çağırdı ki...”-VİDEO
  • " width="300" height="266" />
    Məhəmməd Əminin silahdaşı danışdı:“Məhəmməd Əmini prezident kimi dəfn etdilər”-VİDEO
  • " width="300" height="266" />
    “Quran”a izah yazan Sərdar Cəlaloğlu:“Təriqətlərə bölünmənin yanlış olduğu "Quran"da göstərilib” - VİDEO
  • " width="300" height="266" />
    Sərdar Cəlaloğlu Rəsul Quliyevdən danışdı:"Onda gördüm ki, bu, Heydər Əliyevin siyasətini dəstəkləmir" - VİDEO
  • " width="300" height="266" />
    Nobeli adiləşdirən adam – Sərdar Cəlaloğlu:"Gücsüz mitinqlər güclü iqtidarı bir az da gücləndirir"-VİDEO

Qapalı Mövzu





Vəkil Bürosu

  • " width="300" height="266" />
    Cinayət Məcəlləsinə edilmiş dəyişikliklər və əlavələr nədən xəbər verir? –Vəkil Tağı Qənbərovun şərhi
  • " width="300" height="266" />
    Şəmsəddin Əliyev yazır:"İslam hüququ: sosial tənzimləmənin universal sistemi"
  • " width="300" height="266" />
    Yalçın İmanov vəkillikdən niyə uzaqlaşdırılıb? –Kollegiya bir söz deyir, vəkil isə başqa...
  • " width="300" height="266" />
    Vəkil Yalçın İmanovun fəaliyyəti dayandırıldı, Elçin Sadıqov haqda isə şikayətə xitam verildi –Kollegiyadan qərarlar
  • " width="300" height="266" />
    Vəkillər Kollegiyası bəyanat yaydı:“Hazırda məhkəmələrdə çıxış edən nümayəndələr Kollegiyaya qəbul oluna bilər”
  • " width="300" height="266" />
    “Vəkillər və vəkillik fəaliyyəti haqqında” yeni qanun təsdiqləndi –Nümayəndəlik institutu məhdudlaşdırıldı
  • " width="300" height="266" />
    İradə Cavadova: “Vəkil makler yox, hüquqşünas olmalıdır” –Hüquqşünaslar toplandı + FOTOLAR
  • " width="300" height="266" />
    Etiraz edən hüquqşünaslar 7 maddəlik təklif irəli sürdülər –Müraciət + Təkliflər
  • " width="300" height="266" />
    Parlamentin qərarı hüquqşünasları hərəkətə gətirdi –Bakıda mitinq keçirməyə qərar verdilər
  • " width="300" height="266" />
    Hüquq Mərkəzinin rəhbəri:"Vəkillər Kollegiyası heç Aşıqlar Birliyi qədər də aktiv bir qurum deyil"
Noyabr 2017
BE ÇA Ç CA C Ş B
« Okt    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

XƏBƏR LENTİ

23 Noyabr 2017

24 Sentyabr 2017 - 15:27

Oksford Universitetinin dekanı Azərbaycan xalqını təhqir edib –Bizi mədəniyyəti olmayan xalq adlandırıb

"Oksford Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı Edmund Herziq 2017-ci il aprel ayının 15-də Kaliforniya Dövlət Universitetində “Nizami Gəncəvi Azərbaycanın milli şairinə necə çevrildi? ” (How Nizami Ganjavi became an Azerbaijani National Poet) mövzusunda məruzə ilə çıxış edib. Məruzə, alimin öz sözləri ilə desək, “Fars şairi Nizaminin” Sovet dövlətinin siyasəti nəticəsində “azərbaycanlaşmasından” bəhs edir və E.Bertelsin “Böyük Azərbaycan şairi Nizami” kitabı ətrafında cərəyan edir. E.Herziq bu kitabın bir siyasət nəticəsində meydana çıxdığını iddia edir".

Bu məlumatı sosial şəbəkədəki hesabında Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin professoru Aida Qasımova paylaşıb. O bildirib ki, məruzədə 30-cu illərdə Azərbaycan intellektual tarixinin bir sıra mühüm məsələləri də öz əksini tapıb: "Məruzəçi Mircəfər Bağırovun dövründə Azərbaycan tarixinin yenidən yazılmasından, bu zaman linqivistik istiqamətdən coğrafi istiqamətə bir dönüş olmasından danışır və qeyd edir ki, indiyədək “türk” kimi tanınan Azərbaycan əhalisi Türkiyə ilə Sovet dövlətinin münasibətlərinin pisləşməsindən sonra “azərbaycanlı” adlanmışdır. Məruzədə 30-cu illərdə Azərbaycanda “panturkist” damğası ilə bi çox ziyalıların məhv edilməsindən bəhs edilir.

Məruzəçi iddia edir ki, Sovet milli siyasəti erməni və gürcülərlə müqayisədə “çox da qədim olmayan” (less ancient) Azərbaycan xalqına uydurma tarix və mədəni irs “düzəltməyi” tələb edirdi. Guya, məhz bu məqsədlə də azərbaycanlılar albanlar və xəzərlərlə əlaqələndirildi. Bu zaman bir milli şairə də ehtiyac duyuldu. Çünki, digər sovet xalqıarının belə bir şairi var idi, o cümlədən, gürcülərin Şota Rustavelisi, ermənilərin Sasunlu Davidi var idi. Müttəfiq respublikalar içərisində yalnız Azərbaycan bu barədə problematik idi. Herziqin fikrincə, “Azərbaycan yeganə respublika idi ki, onun milli şairi yox idi. Məhz bu zaman şərqşünaslıq elminin liderlərindən olan E.Bertelsə Nizamini “azərbaycanlaşdrmaq” tapşırıldı".

Professor bildirib ki, Herziq məruzəsinin sonunda istehza ilə müasir azərbaycan alimlərinin Nizamini “türkləşdirmək” sahəsində ciddi-cəhd göstərdiyini qeyd edir: "Bütün məruzə bu istiqamətdə davam edir və o, Azərbaycanı milli irsi, mədəniyyəti olmayan bir xalq kimi təqdim edir. Herziqin bu çıxışı heç də təəccüblü deyil. Alimin ermənilərlə sıx dostluğu və əməkdaşlığı var. O, “The Armenians, Past and Present in the Making of National İdentity” kitabının redaktoru və “Ön söz”ünün müəllifidir. Digər tərəfdən, o, fars ədəbiyyatı üzrə mütəxəssisdir və fars ruhu üzərində köklənib. Buna görə də, onu Bertels kimi nüfuzlu bir alimin Nizamini Azərbaycan şairi kimi tədqiq etməsi və həmin kitabın da Oksford Universitetinin özündəki Nizami Gəncəvi mərkəzində ingilis dilinə çevrilməsi, görünür, çox narahat edib.

Elmi dairələrdə sözü keçən bu cür tanınmış alimin xalqımızı və mədəniyyətimizi bu dərəcədə aşağılaması bizi düşündürməyə bilməz. Onun bu cür iddialarına tutarlı elmi cavab hazırlanmalı, Nizaminin öz əsərləri əsasında şairin Azərbaycanla bağlılığı və onun Azəbaycan mədəniyyətini təmsil etməsi sübuta yetirilməlir. Eləcə də, Gəncənin məhz Azərbaycanın bir parçası olması da ərəb mənbələri əsasında vurğulanmalıdır. Azərbaycanda bu işlərin öhdəsində uğurla gələ biləcək Mehdi Kazımov, Rafael Hüseynov, Nüşabə Araslı kimi alimlərimiz var. Bu cavab ya Qərb universitetlərindən birinin triunasından səslənməli, ya da nüfuzlu jurnallardan birində nəşr edilməlidir".

A.Qasımova qeyd edib ki, mədəni irsimizə, klassik ədəbiyyatımıza sahib çıxmağın vaxtıdır: "Şəxsən mən türkdilli ədəbiyyatımıza – Nəsimiyə, Qazi Bürhanəddinə, Xətai, Füzuli və Kişvəriyə sahib çıxmaq sahəsində kifayət qədər iş görmüşəm və Avropa və Amerikanın nüfuzlu jurnallarında bu barədə dörd məqalə nəşr etdirmişəm. Növbə farsşünaslarındır". (Publika.az)

Həmin mühazirənin linklərini təqdim edirik: http://www.international.ucla.edu/apc/event/12311