Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    Rövşən Ağayev:"Neftin qiyməti 40 dollara düşsə, 2015-ci ilin taleyini yaşamalı olacağıq”  - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Azərbaycan XİN-dən Paşinyanın Qarabağa səfərinə kəskin reaksiya:"Bu, müharibəyə çağırışdır..."
  • " width="300" height="266" />
    DEPUTAT QÜDRƏT HƏSƏNQULİYEV:"Dəmirçiyan Azərbaycanla gizli danışıqlara görə öldürülüb" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Ermənistan partiya lideri:“Bakı və Ankara Naxçıvan ərazisini gələcək hərbi əməliyyatlar üçün poliqona çevirir” – Müsahibə
  • " width="300" height="266" />
    Məhərrəm İncə Azərbaycan mətbuatına danışdı:"SƏSLƏRİMİZİN OĞURLANMASINA İMKAN VERMƏYƏCƏYİK"
  • " width="300" height="266" />
    DEPUTAT VAHİD ƏHMƏDOV:“Təzə təyin olunmuş nazirlər hələlik ünsiyyətdən qaçırlar” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “ÖLKƏNİN DAXİLİNDƏ KİFAYƏT QƏDƏR NARAZILIQ VAR” –Bəxtiyar Hacıyev gənclərimizin xaricə getməsinin səbəblərindən danışır (MÜSAHİBƏ)
  • " width="300" height="266" />
    SƏMƏD SEYİDOVDAN TƏSDIQ:“Azərbaycandakı prezident seçkiləri AŞPA-nın gündəliyinə salınıb” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Məhəmməd Əmin Rəsulzadənin qız nəvəsi:“Birinci dəfə babamın adına Səməd Vurğunun şeirində rast gəlmişəm” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Eldar Namazov:“ABŞ və Rusiyanın geopolitik savaşı Azərbaycanın sərhədlərinə yaxınlaşır” - MÜSAHİBƏ

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

İyun 2018
BE ÇA Ç CA C Ş B
« May    
 123
45678910
11121314151617
18192021222324
252627282930  



XƏBƏR LENTİ

22 İyun 2018
21 İyun 2018

Digər Xəbərlər

12 Oktyabr 2017 - 15:34

Putin Avrasiya İttifaqında üzv olmayan ölkələr üçün  “müşahidəçi dövlət” statusu yaradır  –Bu, Azərbaycan üçün mesajdırmı?

“Avrasiya İqtisadi İttifaqında üzv olmayan dövlətlər üçün müşahidəçi ölkə statusu təsdiq olunmalıdır”

Strateq.az bildirir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Avrasiya İttifaqı dövlətlərinin Ali İqtisadi Şurasının dünənki iclasında çıxışı zamanı bildirib. Putinin sözlərinə görə, Avrasiya İqtisadi İttifaqının mövqeyinin beynəlxalq arenda möhkəmləndirmək məsələsinə xüsusi diqqət yetirilməlidir: “Bu baxımdan Avrasiya İttifaqına daxil olmayan MDB – dəki tərəfdaş ölkələrimizlə daha sıx əlaqələr qurulmalıdır. Biz bu gün bu məsələ barədə kifayət qədər danışdıq. Bunun üçün müşahidəçi dövlət statusunu təsdiqləmək lazımdır”.   

Putin həmçinin deyib ki, azad iqtisadi zona yaradılması ilə bağlı danışıq aparılan ölkələrlə danışıqlar sürətləndirilməlidir: “Bununla bağlı Avrasiya İttifaqının həmin ölkələrlə əməkdaşlıq haqqında hazırlanan saziş layihəsinə böyük əhəmiyyət veririk”.

Qeyd edək ki, son zamanlar Avrasiya İttifaqı ilə bağlı müzakirələr yenidən aktuallaşıb.  Moskvanın dominant olduğu bu birlik bir sıra parametrlərinə görə keçmiş SSRİ-ni xatırlatsa da İttifaqın strateqləri bunu ciddi-cəhdlə inkar edirlər.

2015-ci ilin yanvarından İttifaqın yarandığı elan edildikdən  Azərbaycanın bu birliyə üzlük məsələsi həmişə diqqət mərkəzində olub. Moskva bu vəya digər şəkildə verdiyi mesajlarında Bakını bu İttifaqda görməyə həmişə hazır olduğunu səsləndirib.  Lakin rəsmi Bakı Avrasiya İttifaqına üzvlük məsələsini rədd edib.  Azərbaycan ilk növbədə Qarabağ münaqişəsini əsas gətirərək işğalçı dövlətlə eyni iqtisadi birlikdə təmsil olunmanın mümkünlüyünü istisna edib.  

Son zamanlar dəbə minmiş “Avrasiya İttifaqına üzvlük müqabilində 5 rayonun qaytarılması” ideyası isə ciddi şübhələrə yol açıb. Analitiklər hesab edir ki, bu təklif  bütün hallarda münaqişəni tam həll etməyəcək, əvəzində Azərbaycanı strategiyası və perspektivi  dumanlı olan və son 20 ildə oturuşmuş siyasi və iqtisadi vektorlarının əleyhinə olan bir İttifaqın caynağına ata bilər.   

X. SƏFƏROĞLU

Strateq.az