Gündəm

  • " width="300" height="266" />
    ARDNF-dən Türkiyə və Rusiyanın pullarının ucuzlaşması ilə bağlı açıqlama:"...çevik taktiki addımlarla müvafiq dəyişikliklər edilir"
  • " width="300" height="266" />
    Türkiyə və Rusiya XİN başçıları mətbuat konfransında –Qarabağ münaqişəsinin sülh yolu ilə
  • " width="300" height="266" />
    Tramp Türkiyəyə F-35-lərin satışını da dayandırdı –Yeni sənədə əsasən
  • " width="300" height="266" />
     “Tehran hökuməti ilə dialoqa hazırıq” –Vaşinqtondan İranın ali dini liderinə cavab gecikmədi
  • " width="300" height="266" />
    “Siz ortağınızın ayaqlarına güllə atırsınız…” –Ərdoğan ABŞ-ın addımını pislədi, sabotaj aparanları isə hədələdi
  • " width="300" height="266" />
    İranın ali dini liderindən sərt bəyanat:"ABŞ-la birbaşa danışıqları qadağan edirəm"
  • " width="300" height="266" />
    Merkeldən Türkiyəyə dəstək:"İqtisadi sabitliyin pozulması Avropanın xeyrinə deyil, Ərdoğanla görüşəcəyəm"
  • " width="300" height="266" />
    “Azərbaycan Türkiyə xalqı və dövlətinə hərtərəfli dəstəyini davam etdirəcək” –XİN-dən bəyanat
  • " width="300" height="266" />
    “Rusiya Türkiyə ilə ticarətdə milli valyutalardan istifadə etmək niyyətindədir” –Putinin köməkçisi
  • " width="300" height="266" />
    Bakının bu rayonlarında qanunsuz tikintilərlə bağlı cinayət işi açıldı –SİYAHI

Müsahibə

  • " width="300" height="266" />
    TÜRK ALİMDƏN SENSASİON İDDİALAR:“Qərb Türkiyəni parçalayıb, yerində Bizansı dirçəltmək planı qurub” – Müsahibə
  • " width="300" height="266" />
    Pakistanın ölkəmizdəki səfiri:“ Qarabağ məsələsi kimi Kəşmir də ərazi bütövlüyü problemidir...”  - Müsahibə
  • " width="300" height="266" />
    Manatı nə gözləyir? –Banklar Assosiasiyasının prezidenti sualları cavablandırır (Müsahibə)
  • " width="300" height="266" />
    Pənah Hüseyn:"Azərbaycan iqtidarı cəmiyyəti müharibəyə hazırlamalıdır" (Müsahibə)
  • " width="300" height="266" />
    XƏZƏRİN STATUSUNDAN DANIŞAN İRANLI EKSPERT:"ABŞ və NATO-nun bu bölgəyə giriş qorxusu var" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Fransalı professor:"Qarabağ münaqişəsinin həlli prosesinə yeni dövlətlər cəlb edilməlidir"
  • " width="300" height="266" />
    Pənah Hüseyndən ABŞ-ın İrana qarşı sanksiyalarına münasibət:"Biz də gözlənilməz şəraitə hazır olmalıyıq"
  • " width="300" height="266" />
    Sülhəddin Əkbər:"ABŞ özünü kabadayı kimi aparır və düşünür ki, Türkiyə geri çəkiləcək"
  • " width="300" height="266" />
    İNDONEZİYANIN AZƏRBAYCANDAKI SƏFİRİ:"Azərbaycandan daha böyük miqdarda neft alacağıq" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Ermənistan Mühafizəkarlar Partiyasının sədri:"KOÇARYANIN HƏBSİ RUSİYA PLANINA XİDMƏT EDƏCƏK" - Müsahibə

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Avqust 2018
BE ÇA Ç CA C Ş B
« İyl    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  



XƏBƏR LENTİ

14 Avqust 2018
13 Avqust 2018

Digər Xəbərlər

11 Fevral 2018 - 01:05

İsa Qəmbər 1991-ci ildə Yeltsinə göndərdiyi məktubda nə xahiş edib? –  AXC-nin Rusiya ilə məşhur həmrəylik mitinqi - FOTO

1991-ci ilin avqustunda SSRİ-də baş vermiş dövlət çevrilişi cəhdi tarixə "QKÇP" adı ilə düşüb. Mühafizəkar sovet rəhbərliyi SSRİ respublikaları ilə yeni ittifaq müqaviləsinin bağlanmasının qarşısını almaq üçün bu addımı atmışdı.

Fövqəladə Komissiyanın üzvləri prezident Qorbaçovu Foros adasında ev dustaqlığında saxlayaraq, eyni zamanda, bütün SSRİ respublikalarına icra edilmək üçün öz təlimatlarını göndərmişdilər. Əsas məqsəd SSRİ-ni köhnə idarəçilik sisteminə qaytarmaq idi.

Lakin bu çevriliş cəhdi sovet vətəndaşlarının ciddi etirazı ilə qarşılandı. Həmin isti yay günlərində QKÇP-yə qarşı mübarizəyə Rusiya Federasiyasının prezidenti Boris Yeltsin rəhbərlik edirdi. Onun müqavimət qərargahına ölkənin hər yerindən insanlar gələrək, çevrilişə etirazlarını nümayiş etdirirdilər.

SSRİ respublikalarının rəhbərliyi ilk əvvəl QKÇP qiyamına necə reaksiya verəcəyini bilmirdi. Amma qısa vaxt ərzində bir sıra respublika rəhbərləri qiyamı pisləyən rəsmi bəyanatla çıxış etdilər. Lakin mühafizəkarların qiyamından sevinən rəhbərlər də olub. Bu respublikalardan biri də Azərbaycan idi. O zaman ölkəyə rəhbərlik edən prezident Ayaz Mütəllibov QKÇP-ni dəstəkləməklə dövrünün siyasi dəyişilik prosesindən bixəbərliyini bir daha nümayiş etdirib.

Rəsmi hakimiyyətdən fərqli olaraq, o zaman Azərbaycanın ən güclü siyasi qüvvəsi olan Azərbaycan Xalq Cəbhəsi elə ilk gündən QKÇP-ni pisləyən bəyanatla çıxış edərək, Boris Yeltsinlə birgə olduqlarını açıqlayıblar. AXC üzvlərindən bir qrup isə “Azadlıq” taboru adı altında Moskvada Ağ Evi müdafiə edən dəstənin tərkibində müqavimətdə iştirak da edib.

Strateq.az o illərin maraqlı sənədlərindən birini oxucularına təqdim edir. 

Rusiya Federasiyası Prezidentinin Arxivində (N 169 Ф.6. Оп.1.Д.169.Л.166-167) saxlanılan bu məktub Azərbaycan Xalq Cəbhəsinin rəhbərliyi tərəfindən qiyamın yatırılmasından  4 gün sonra – 26 avqust 1991-ci ildə RSFSR prezidenti Boris Yeltsinə göndərilib. Həmin gün “Azadlıq” meydanında mitinq təyin edən AXC Bakı şəhəri hərbi komendantı tərəfindən təhdid edilib. Ölkə rəhbərliyi və sovet hərbçiləri Bakıda hər hansı mitinq keçirilməsinə imkan verməyəcəklərini bəyan ediblər.

Bundan sonra AXC, SSRİ-də faktik hakimiyyətə sahiblənmiş RSFSR prezidenti Yeltsinə məktubla müraciət edib. Müraciəti AXC nümayəndələri, Ali Sovetin deputatları olan İsa Qəmbər və Sabir Rüstəmxanlı imzalayıblar.

Məktubda deyilir:

"RSFSR prezidenti Boris Yeltsinə

Hörmətli Boris Nikolayeviç,

Sizə məlumdur ki, ölkənin ictimai –siyasi təşkilatları içərisində Azərbaycan Xalq Cəbhəsi ilk olaraq QKÇP qiyamını pisləyən bəyanatla çıxış edib və xalqı, Azərbaycan rəhbərliyini onların verdiyi əmrləri və tapşırıqları icra etməməyə çağırıb. AXC bəyan edib ki, bütün şərtlər daxilində demokratiya uğrunda mübarizəni davam etdirəcək.

AXC ölkədə demokratik qüvvələrin qələbəsi və Azərbaycanda demokratiyanın tezliklə bərqərar olması şərəfinə avqustun 26-na mitinq elan edib. Lakin mitinqin dağıdılacağı və iştirakçıların qəddarcasına döyüləcəyi ilə bağlı ciddi narahtlıq vardır. Bununla bağlı müvafiq təhdid Bakı şəhərini hərbi komendantı və güc strukturlarının rəhbərləri tərəfindən səsləndirilib. Bu təhdidlərə əl atılacağına əsaslarımız yetərincədir.  Belə ki, bir neçə gün əvvəl AXC qərargahı qabağında keçirdiyimiz mitinq qəddarcasına dağıdılıb, AXC rəhbərliyindən və fəallardan 60 nəfər döyülüb və həbs olunub. Onların arasında AXC sədri və altı xalq deputatı var…”.

Daha sonra İsa Qəmbər və Sabir Rüstəmxanlı mitinqin sovet ordusu hissələri tərəfindən dağıdılmasının qarşısının alınması üçün Bakı şəhər hərbi komendantına göstəriş verməsini xahiş ediblər.

Sənədi AXC İcraiyyə Komitəsinin sədri adından İsa Qəmbər və “Müstəqil Azərbaycan” Deputat blokunun həmsədri Sabir Rüstəmxanlı imzalayıblar.

Həmin gün “Azadlıq” meydanında təyin olunmuş izdihamlı mitinq baş tutub. Sovet ordusu meydanın mühasirəsini dayandıraraq ərazini tərk edib. Böyük coşqu ilə Azadlıq meydanına daxil olan 100 minlərlə insan Rusiya demokratik hərəkatı ilə həmrəylik nümayiş etdiriblər. Məhz bu mitinqdən sonra prezident Ayaz Mütəllibov və Azərbaycan siyasi hakimiyyətinin zəifləməsi prosesi başlanıb.

Xaqani SƏFƏROĞLU

Strateq.az