Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    “AZƏRBAYCAN ABŞ VƏ İSRAİLİN YANINDA YER ALACAQ” –Sülhəddin Əkbərdən maraqlı analiz
  • " width="300" height="266" />
    ADP SƏDRİ SƏRDAR CƏLALOĞLU:"Tramp Türkiyə ilə uzun müddət düşmənçilik apara bilməyəcək" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Elmar Məmmədyarov:"Ümid edirik ki, Konvensiyanın ratifikasiyası tezliklə başa çatacaq..."
  • " width="300" height="266" />
    “YAXIN 6 AYDA AZƏRBAYCANDA DEVALVASİYA GÖZLƏNİLMİR”Ekspert Rövşən Ağayev manatın yalnız bir halda ucuzlaşacağını deyir (Müsahibə)
  • " width="300" height="266" />
    Nazir müavini Xələf Xələfov:"Konvensiyada ərazi bütövlüyü və suverenliyə hörmət edilməsi təməl prinsiplərdən biridir" - Müsahibə
  • " width="300" height="266" />
    TÜRK ALİMDƏN SENSASİON İDDİALAR:“Qərb Türkiyəni parçalayıb, yerində Bizansı dirçəltmək planı qurub” – Müsahibə
  • " width="300" height="266" />
    Pakistanın ölkəmizdəki səfiri:“ Qarabağ məsələsi kimi Kəşmir də ərazi bütövlüyü problemidir...”  - Müsahibə
  • " width="300" height="266" />
    Manatı nə gözləyir? –Banklar Assosiasiyasının prezidenti sualları cavablandırır (Müsahibə)
  • " width="300" height="266" />
    Pənah Hüseyn:"Azərbaycan iqtidarı cəmiyyəti müharibəyə hazırlamalıdır" (Müsahibə)
  • " width="300" height="266" />
    XƏZƏRİN STATUSUNDAN DANIŞAN İRANLI EKSPERT:"ABŞ və NATO-nun bu bölgəyə giriş qorxusu var" - MÜSAHİBƏ

Qaynar Qazan

  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:“Gürcüstanın xoşbəxtliyi Azərbaycan, Türkiyə və Türk Dünyası ilə bağlıdır”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli Elçibəyə xəyanətdən danışdı:“Elçibəyin namizədliyinə əngəl olan hər kəs mükafatını aldı”-VİDEO
  • " width="300" height="266" />
    DEPUTAT FƏZAİL AĞAMALIDAN ZƏRDÜŞT ƏLİZADƏYƏ SƏRT CAVAB:“Elçibəyin əleyhinə ifadə verən onun atası Məmməd Mübariz olub” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ZƏRDÜŞT ƏLİZADƏDƏN QALMAQAL SALACAQ AÇIQLAMALAR:"Qapı açıldı və Vaqif Hüseynovla Əbülfəz bəy gülə-gülə çıxdılar...“ - VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadədən ağır sözlər:"KQB ARXİVLƏRİ AÇILMADIĞINIDAN, BU GÜNDƏYİK"-VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“HEYDƏR ƏLİYEV GƏLƏNDƏN SONRA 12 İRAN GENERALI DA GƏLİB OTURMUŞDU BAKIDA” - VİDEO
  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda növbəti müzakirə:“İRAN VURULARSA, NƏLƏR OLAR?” - VİDEO
  • " width="300" height="266" />
    Əbülfəz Elçibəyin 80 illik yubileyi-TAM VİDEO
  • " width="300" height="266" />
    “Elçibəyin kor bağırsağı partladı, həkimlər dedilər ki…”-Qardaşı oğlundan Elçibəy haqda xatirələr - VİDEO
  • " width="300" height="266" />
    Elçibəyin qardaşı oğlu meydan oxudu:“Hünərləri var çıxıb “rədd olsun fars və rus şovinizmi!” desinlər”-VİDEO

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Avqust 2018
BE ÇA Ç CA C Ş B
« İyl    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  



XƏBƏR LENTİ

20 Avqust 2018
19 Avqust 2018
18 Avqust 2018

Digər Xəbərlər

14 Fevral 2018 - 13:21

Rauf Mirqədirov:“Rasim Musabəyov qeyri-rəsmi səfir rolunda çıxış edir...”

“Rasim Musabəyov müsahibəsilə qeyri-rəsmi səfir rolunda çıxış edir və Bakının razı ola biləcəyi şərtləri, yaxud gedə biləcəyi güzəştləri açıqlayır”.

Bu sözləri mühacirətdə yaşayan siyasi mühacir Rauf Mirqədirov Milli Məclisin deputatı Rasim Musabəyovun “Arminfo”-ya müsahibəsini şərh edərkən deyib.

Rasim Musabəyov müsahibəsində söyləyib: “Nümunə üçün, demək olar ki, çərçivə sazişi imzalandıqdan sonra 2-3 rayon azad edilir və bunun əvəzində Azərbaycan və Türkiyə Ermənistanın kommunikasiyalarını açırlar. Bu, elə də az deyil, çünki Ermənistan Türkiyə vasitəsilə Avropa və Yaxın Şərqə, Azərbaycan vasitəsilə İran, Rusiya, Mərkəzi Asiya və Çinə yol tapır”.

Onun sözlərinə görə, bundan başqa, Dağlıq Qarabağ rəsmi Bakının aviasiya əlaqəsi əldə etməklə bağlı razılığını da ala bilər. Deputatın qənaətincə, hər şey siyasi sazişin hansı şərtlər daxilində imzalanacağından və hansı dövlətlərin sazişə qarant dayanacaqlarından asılıdır. Rauf Mirqədirov isə deputatın söylədiklərində yeni bir şey görmür və deyilənlərin vaxtilə Ermənistan prezidenti Ter-Petrosyanın təkliflərini əhatə etdiyini söyləyir: “Yəni mərhələli variantdır, addım-addım problemlər həll olunur və sonda Dağlıq Qarabağın statusu üzərində iş başlayır. Prinsipcə, Rasim Musabəyovun dedikləri bu gün müharibəsiz həyata keçirilməsi mümkün olan yeganə variant olsa da, sual yaradan ciddi məqamlar var. Birinci, “təmas xəttində yerləşdiriləcək sülhməramlı qüvvələr hansı dövlətlərdən olacaq” sualı açıq qalır. Bu suala cavab verilmədən regionun gələcəyi, yaxud Azərbaycanın və Ermənistanın maraqları haqqında danışmağa dəyməz. Bəli, Rasim Musabəyov vəziyyətin dəyişə biləcəyi, əks tərəfdən seçimin tələb olunması deməklə buna müəyyən işarələr vurur. Elə prezident seçkisinin vaxtından əvvələ keçirilməsinin əsas səbəblərindən biri budur. İkinci, “danışıqların və razılaşmaların mərhələli keçirilməsindən söhbət gedir, yoxsa əldə olunmuş razılaşmaların mərhələliyindən” sualına cavab verilmir. Yəni 2 rayon qaytarıldı, sülhməramlı qüvvələr yerləşdirildi və digər rayonlarla bağlı danışıqlar başladı. Digər variant isə odur ki, status istisna olunmaqla başqa məsələlərdə – ərazilərin azad olunması, kommunikasiyaların açılması, diplomatik münasibətlərin bərpası- razılaşma əldə olunur, lakin onların gerçəkləşməsi mərhələsi necə olacaq? Birinci variant, mərhələli razılaşmaların həyata keçirilməsi çox təhlükəlidir, çünki hansı dövlət təminat verər ki, Ermənistan 2 rayonu azad edir, kommunikasiyalar açılır, sülhməramlılar gəlir və ikinci mərhələ ilə bağlı danışıqlar başlanır, amma nəticə vermir. Bu halda vəziyyət yenə də dondurulmuş hala gətirilə bilər, düzdür, taktiki nailiyyət əldə olunur, amma sonrakı addımlar qeyri-müəyyən müddətə təxirə salınır. Belə olanda tərəflərin manevr imkanları, bir-birinə güc yoluyla təsirləri sıfır olur. Səbəb bölgədə sülhməramlıların olmasıdır. Məncə, bu, çox təhlükəlidir və Rasim Musabəyov müsahibəsində bu məsələlərə aydınlıq gətirmir”.

Rauf Mirqədirov deyir ki, Rasim Musabəyovun dedikləri hakimiyyətin maraqlarına cavab verir: “Hazırda savaş yolu çox təhlükəlidir, amma 2-3 rayonun müharibəsiz azad olunması 10-15 il hakimiyyətə təbliğat üçün heç də pis variant deyil”.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu və Rusiya, ABŞ, Fransadan ibarət həmsədrləri məşğul olur. (Meydan.TV)