Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    “AZƏRBAYCAN ABŞ VƏ İSRAİLİN YANINDA YER ALACAQ” –Sülhəddin Əkbərdən maraqlı analiz
  • " width="300" height="266" />
    ADP SƏDRİ SƏRDAR CƏLALOĞLU:"Tramp Türkiyə ilə uzun müddət düşmənçilik apara bilməyəcək" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Elmar Məmmədyarov:"Ümid edirik ki, Konvensiyanın ratifikasiyası tezliklə başa çatacaq..."
  • " width="300" height="266" />
    “YAXIN 6 AYDA AZƏRBAYCANDA DEVALVASİYA GÖZLƏNİLMİR”Ekspert Rövşən Ağayev manatın yalnız bir halda ucuzlaşacağını deyir (Müsahibə)
  • " width="300" height="266" />
    Nazir müavini Xələf Xələfov:"Konvensiyada ərazi bütövlüyü və suverenliyə hörmət edilməsi təməl prinsiplərdən biridir" - Müsahibə
  • " width="300" height="266" />
    TÜRK ALİMDƏN SENSASİON İDDİALAR:“Qərb Türkiyəni parçalayıb, yerində Bizansı dirçəltmək planı qurub” – Müsahibə
  • " width="300" height="266" />
    Pakistanın ölkəmizdəki səfiri:“ Qarabağ məsələsi kimi Kəşmir də ərazi bütövlüyü problemidir...”  - Müsahibə
  • " width="300" height="266" />
    Manatı nə gözləyir? –Banklar Assosiasiyasının prezidenti sualları cavablandırır (Müsahibə)
  • " width="300" height="266" />
    Pənah Hüseyn:"Azərbaycan iqtidarı cəmiyyəti müharibəyə hazırlamalıdır" (Müsahibə)
  • " width="300" height="266" />
    XƏZƏRİN STATUSUNDAN DANIŞAN İRANLI EKSPERT:"ABŞ və NATO-nun bu bölgəyə giriş qorxusu var" - MÜSAHİBƏ

Qaynar Qazan

  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:“Gürcüstanın xoşbəxtliyi Azərbaycan, Türkiyə və Türk Dünyası ilə bağlıdır”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli Elçibəyə xəyanətdən danışdı:“Elçibəyin namizədliyinə əngəl olan hər kəs mükafatını aldı”-VİDEO
  • " width="300" height="266" />
    DEPUTAT FƏZAİL AĞAMALIDAN ZƏRDÜŞT ƏLİZADƏYƏ SƏRT CAVAB:“Elçibəyin əleyhinə ifadə verən onun atası Məmməd Mübariz olub” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ZƏRDÜŞT ƏLİZADƏDƏN QALMAQAL SALACAQ AÇIQLAMALAR:"Qapı açıldı və Vaqif Hüseynovla Əbülfəz bəy gülə-gülə çıxdılar...“ - VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadədən ağır sözlər:"KQB ARXİVLƏRİ AÇILMADIĞINIDAN, BU GÜNDƏYİK"-VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“HEYDƏR ƏLİYEV GƏLƏNDƏN SONRA 12 İRAN GENERALI DA GƏLİB OTURMUŞDU BAKIDA” - VİDEO
  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda növbəti müzakirə:“İRAN VURULARSA, NƏLƏR OLAR?” - VİDEO
  • " width="300" height="266" />
    Əbülfəz Elçibəyin 80 illik yubileyi-TAM VİDEO
  • " width="300" height="266" />
    “Elçibəyin kor bağırsağı partladı, həkimlər dedilər ki…”-Qardaşı oğlundan Elçibəy haqda xatirələr - VİDEO
  • " width="300" height="266" />
    Elçibəyin qardaşı oğlu meydan oxudu:“Hünərləri var çıxıb “rədd olsun fars və rus şovinizmi!” desinlər”-VİDEO

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Avqust 2018
BE ÇA Ç CA C Ş B
« İyl    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  



XƏBƏR LENTİ

20 Avqust 2018
19 Avqust 2018
18 Avqust 2018

Digər Xəbərlər

14 Fevral 2018 - 15:12

Elmar Məmmədyarov:"Avropa İttifaqı ilə əməkdaşlıq Bakının Moskva ilə münasibətlərinə təsir göstərməyəcək"

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan və Avropa İttifaqı arasında yeni strateji tərəfdaşlıq sazişi üzərində aparılan iş, bu sazişin qonşular və ilk növbədə Rusiya ilə münasibətlərə mümkün təsiri barədə “RİA Novosti” agentliyinin suallarını cavablandırıb. Azərtac müsahibəni təqdim edir.

– Cənab nazir, siz Azərbaycan ilə Avropa İttifaqı arasında strateji tərəfdaşlıq haqqında yeni sazişin hazırlanmasında irəliləyişi necə qiymətləndirirsiniz? Hansı maneələr var, danışıqlar prosesində ən mürəkkəb məqam nədən ibarətdir?

– Saziş layihəsinə dair danışıqlar konstruktiv məcrada və qarşılıqlı anlaşma əsasında davam edir. Sənədin hazırlanması prosesində ciddi maneə yoxdur.

Ticarət məsələlərinə dair baxışlarda müəyyən fikir ayrılıqları var. Azərbaycan Dünya Ticarət Təşkilatının üzvü olmadığına görə tariflər və subsidiyalar məsələsində bəzi fikir ayrılıqları mövcuddur. Lakin müzakirələr prosesində biz qarşılıqlı anlaşma əsasında ortaq nöqtələri tapmağa çalışırıq.

– Bu sazişə dair danışıqların növbəti raundu nə vaxt gözlənilir? Müddətlər barədə proqnozlar necədir, bu müqavilənin tamamlanması, paraflanması və qüvvəyə minməsi müddətləri məlumdurmu?

– Danışıqların növbəti raundu 2018-ci ilin birinci rübünün sonuna və ya ikinci rübün əvvəlinə planlaşdırılır.

– Bakının bu sazişdə təsbit etməyə çalışdığı ən mühüm elementlər hansılardır?

– Sazişin bütün elementləri eyni dərəcədə əhəmiyyətlidir. Biz hesab edirik ki, bu sənəd Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin hərtərəfli inkişafı üçün mühüm çərçivə sənədi rolu oynayacaq. Sənəddə siyasi, iqtisadi, ticari, energetika, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın perspektivləri nəzərdə tutulur.

– Ölkənizlə və Avropa İttifaqı arasında yeni saziş Bakı ilə Moskvanın münasibətlərinə təsir göstərə bilərmi?

– Azərbaycan öz tərəfdaşları ilə, xüsusən Rusiya ilə strateji tərəfdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət verir. Siyasi, iqtisadi, ticari münasibətlər, humanitar və digər sahələrdə Rusiya ilə əməkdaşlığın inkişafında əldə edilmiş sanballı nəticələr bütövlükdə bizi qane edir.

Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlıq da qarşılıqlı faydalı əməkdaşlıq və qarşılıqlı hörmət əsasında inkişaf edir. Avropa İttifaqı ilə münasibətlərin inkişafına böyük diqqət yetirilir. Azərbaycan-Rusiya və Azərbaycan-Avropa İttifaqı münasibətlərinin müxtəlif müstəvilərdə inkişaf etməsinə baxmayaraq, bu münasibətlər ilk növbədə xalqlarımızın rifahına xidmət göstərir.

– Siz bu fikirlə razısınızmı ki, “Şərq tərəfdaşlığı” Aİ ilə Rusiya arasında ayırıcı amilə çevrilməməlidir. İndiki vaxtda bunun üçün ilkin şərait varmı?

– Biz əməkdaşlıq layihələrində öz iştirakımızı eksklüziv deyil, inklüziv tərkib hissə kimi görürük. Yəni hər hansı tərəfdaşlıq layihəsində bizim iştirakımız başqa tərəfdaşların maraqlarına zidd ola bilməz, bizim belə məqsədimiz və ya niyyətimiz yoxdur.

Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlıq Aİ ilə Azərbaycanın münasibətlərinə təsir göstərmədiyi kimi, Avropa İttifaqı ilə bizim münasibətlərimiz də strateji tərkib hissəsinə malik olan Azərbaycan-Rusiya dostluq münasibətlərinə təsir göstərməyəcək.

– Cənab nazir, sizin fikrinizcə, Şengen zonası ilə Azərbaycan arasında vizasız rejim mümkündürmü? Sizcə, bu məsələ hansı zaman perspektivində həll edilə bilər?

– Hazırda Azərbaycan ilə Avropa İttifaqı arasında bu məsələ sadələşdirilmiş viza rejimi və readmissiya barədə sazişlə tənzimlənir. Hesab edirik ki, bu saziş çərçivəsində əldə edilmiş nailiyyətlər viza rejiminin liberallaşdırılması işində əməkdaşlıq üçün imkanlar yaradacaq.

– Dağlıq Qarabağ məsələsinə dair üçtərəfli formatda, yəni RF, Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında görüşlər gözlənilirmi?

– Hələlik bu formatda üçtərəfli görüşün təşkil edilməsi planlaşdırılmır.