XƏBƏR LENTİ

18 Oktyabr 2018
17 Oktyabr 2018

Digər Xəbərlər

14 Fevral 2018 - 21:22

Tofiq Yaqublu:"Arif Hacılı ilə danışmışıq və səbəblər izah olunub"

Tofiq Yaqublu Müsavat Partiyası başqanının müavini vəzifəsindən azad edilib. 

T. Yaqublu APA-ya açıqlamasında deyib ki, müavin vəzifəsindən azad edilsə də, partiyanın Məclis və Divan üzvü olaraq qalır:

"Bunu Arif Hacılı ilə danışmışıq və səbəblər izah olunub. Müavinlik vəzifəmdən kənarlaşdırılsam da, partiyada qalıram", – deyə o vurğulayıb. 

T.Yaqublu müavin vəzifəsindən kənarlaşdırılmasının Milli Şuranın üzvü olması ilə əlaqələndirilməsi faktını təsdiqləyib, lakin bu barədə açıqlama vermək istəmədiyini bildirib.