Gündəm

  • " width="300" height="266" />
    Netanyahu Putinə zəng etdi, təkliflər verdi –Rusiya təyyarəsinin vurulmasına görə
  • " width="300" height="266" />
    Prezident İlham Əliyevdən cəbhədəki son hadisəyə reaksiya:"Əsgərlərimiz onlara elə dərs veriblər ki..."
  • " width="300" height="266" />
    Rəsmi Pekindən ABŞ-a “60 milyardlıq vergi” cavabı gəldi:"Qərarımız sentyabrın 24-də qüvvəyə minəcək"
  • " width="300" height="266" />
    Donald Tramp rəsmi Pekini hədələdi:"Biz iqtisadi cəhətdən sürətli və sarsıdıcı cavab verəcəyik”
  • " width="300" height="266" />
    İsraildən Rusiyanın hərbi təyyərəsinin vurulmasına rəsmi reaksiya:"Bütün məsuliyyət Suriyanın üzərindədir"
  • " width="300" height="266" />
    “Rusiya Suriyadakı hərbçilərinin təhlükəsizliyini təmin edəcək, bunu hamı görəcək” –Putindən bəyanat
  • " width="300" height="266" />
    Türkiyə Suriyaya əlavə qoşun yeridir:"İdlib terroçulardan təmizlənəcək"
  • " width="300" height="266" />
    Ekspertdən neftin qiyməti ilə bağlı təhlükəli proqnoz:"Yeni “neft şoku"nun yaranma riskləri güclənir”
  • " width="300" height="266" />
    Politoloqdan Ərdoğan-Putin razılaşmasına şərh:"Hər iki şərtin yerinə yetirilməsi Türkiyənin çiyinləri üzərinə düşəcək"
  • " width="300" height="266" />
    Rusiya müdafiə naziri Əsəd rejiminin adından da cavab verdi:"İdlibdə hərbi əməliyyatlar aparılmayacaq"

Müsahibə

  • " width="300" height="266" />
    PUTİNİN AZƏRBAYCANLI DOSTU:"Mənə hər hansı tapşırıq verilsə, onu həyata keçirməyi özümə borc biləcəm" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Rusiyalı təhlilçi Qriqori Trofimçuk:"Koçaryan hakimiyyətə idda etsə, ölkədə durum sabitsizləşəcək" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Keçmiş deputat Kərim Kərimov:“Naxçıvana - Heydər Əliyevin yanına gedənlər arasında Etibar Məmmədov da vardı”
  • " width="300" height="266" />
    Yaqub Mahmudov:“Nuru Paşa Azərbaycan ordusu ilə əməkdaşlıq etmədən tarixi vəzifələri yerinə yetirə bilməzdi” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    DEPUTAT MƏLAHƏT İBRAHİMQIZI:“Bu yubiley tədbiri ermənilərə və onları dəstəkləyən qüvvələrə mesajdır”- MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Professor Cəmil Həsənli:"15 sentyabrı «Qurtuluş günü» adlandıra bilmirlərsə, «Paytaxt günü» desinlər"
  • " width="300" height="266" />
    Sülhəddin Əkbər:"Hazırda sionizm öz gücünün zirvəsindədir" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    PROFESSOR XALƏDDİN İBRAHİMLİ:"Suriyada konsensus Qarabağ məsələsində də anlaşmaya yol aça bilər" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“Mümkündür ki, Bəşər Əsəd getsin...” – MÜSAHİBƏ  
  • " width="300" height="266" />
    Türkiyənin keçmiş xarici işlər naziri:"Bağlı qapıların arxasında Türkiyə ilə sərt danışılıb" (Müsahibə)

Qaynar Qazan

  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda QARABAĞ MÜZAKİRƏSİ:“Rusiya ilə indiki anda anlaşma bütün Azərbaycanı itirmək deməkdir" - VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:"Görürəm ki, mənim mindiyim gəmi batır" - VİDEO
  • " width="300" height="266" />
    Dostu “Basqal Həsən” Əbülfəz Elçibəydən danışdı:“Dünyasını dəyişəndə elə bildim ki, həyatım dayandı”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:“Gürcüstanın xoşbəxtliyi Azərbaycan, Türkiyə və Türk Dünyası ilə bağlıdır”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli Elçibəyə xəyanətdən danışdı:“Elçibəyin namizədliyinə əngəl olan hər kəs mükafatını aldı”-VİDEO
  • " width="300" height="266" />
    DEPUTAT FƏZAİL AĞAMALIDAN ZƏRDÜŞT ƏLİZADƏYƏ SƏRT CAVAB:“Elçibəyin əleyhinə ifadə verən onun atası Məmməd Mübariz olub” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ZƏRDÜŞT ƏLİZADƏDƏN QALMAQAL SALACAQ AÇIQLAMALAR:"Qapı açıldı və Vaqif Hüseynovla Əbülfəz bəy gülə-gülə çıxdılar...“ - VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadədən ağır sözlər:"KQB ARXİVLƏRİ AÇILMADIĞINIDAN, BU GÜNDƏYİK"-VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“HEYDƏR ƏLİYEV GƏLƏNDƏN SONRA 12 İRAN GENERALI DA GƏLİB OTURMUŞDU BAKIDA” - VİDEO
  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda növbəti müzakirə:“İRAN VURULARSA, NƏLƏR OLAR?” - VİDEO

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Sentyabr 2018
BE ÇA Ç CA C Ş B
« Avq    
 12
3456789
10111213141516
17181920212223
24252627282930



XƏBƏR LENTİ

19 Sentyabr 2018
18 Sentyabr 2018

Digər Xəbərlər

13 Mart 2018 - 19:27

Prezident seçkilərində yerli müşahidəçilər kimlər olacaq? –Ekspert açıqlamaları

Prezident seçkisində yerli müşahidəçilər kimlər olacaq?

Builki seçkiləri bir neçə müxalif qüvvənin birləşdiyi Milli Şura və Müsavat partiyası boykot edib. Onlar boykot qərarlarını seçkinin azad və ədalətli keçirilməsi üçün şərait olmaması ilə əsaslandırırlar.

Müsavat partiyasının icra aparatının rəhbəri Gülağa Aslanlı AzadlıqRadiosu-na deyir ki, indiki şəraitdə məntəqə və dairələrə müşahidəçi göndərib-göndərməmək barədə qərar verməyiblər, hələ ki, müzakirə gedir.

Mərkəzi Seçki Komissiyasının keçmiş üzvü Akif Qurbanov deyir ki, builki seçkidə müşahidə zəif olacaq, çünki ötən seçkidən bu yana, demokratik qüvvələr xeyli sıxışdırılıb.

Akif Qurbanov deyir ki, müşahidəçilik institutu demokratik proses üçün vacibdir:

Akif Qurbanov

Akif Qurbanov

 

"Xalq seçkidə iştirak edib öz iradəsini ifadə edir, müşahidəçi qurumlar da buna öz nəzarətini həyata keçirir, sonra da öz rəylərini ifadə edirlər və bu rəylər əsasında da cəmiyyətdə – istər ölkə içində, istərsə də beynəlxalq aləmdə belə bir rəy formalaşır ki, seçkilər standartlara uyğun keçirildi yoxsa, yox. Seçkilərin nəticəsi xalqın iradəsini əks etdirir, yoxsa yox".

Azərbaycanda uzun müddət seçkiləri müşahidə edən fəal qruplardan biri Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi idi. Bu qurum 2013-cü il prezident seçkilərini izləmək üçün 1000-a yaxın müşahidəçiyə təlim keçmişdi, seçkini izləmək üçün 700 nəfər səfərbər etmişdi. Seçkidən sonra təşkilat bəyan etmişdi ki, məntəqələrin 90 faizində pozuntu aşkarlanıb.

Elə həmin il bu təşkilatın sədri Anar Məmmədli "qanunsuz sahibkarlıq", "seçki saxtakarlığı" və "vergidən yayınma"da ittiham olunub, həbs olundu, üç il həbsdə yatdı.

Anar Məmmədli deyir ki, budəfəki seçkiyə müşahidəçi göndərə bilməyəcəklər:

Anar Məmmədli

Anar Məmmədli

 

"O vaxt 700 nəfər müxtəlif vasitələrlə bizə seçki pozuntuları ilə bağlı məlumat göndərmişdi. Bu il bunu etmək mümkün deyil. O vaxt təlimlər keçirdik, məlumatlar nəşr edirdik. İndi hansı nəşriyyat evinə getsək, bizim materialı çap edəcək?!"

Anar Məmmədli deyir ki, müstəqil yerli müşahidəçilərin işi bu il zəif olacaq, amma vətəndaşlar özləri öz təşəbbüsləri ilə də seçkini müşahidə edə bilər.

Azərbaycan Xalq Cəbhəsi partiyasının, 2005 və 2010-cu il parlament seçkilərində namizədi olmuş Nemət Əliyev deyir ki, onun siyasi karyerasında seçki müşahidəçiləri mühüm rol oynayıb. Belə ki, 2005 və 2010-cu il parlament seçkilərini o udduğu halda, hakimiyyət başqa namizədi qalib elan edib. Daha sonra Avropa İnsan Haqları Məhkəməsi hər iki hal üçün, onun xeyrinə qərar çıxarıb, ona kompensasiya ödənib:

 

Nemət Əliyev

Nemət Əliyev

"Bu saxtalaşdırma faktlarını biz seçki müşahidəçilərinin sayəsində aşkar edə bildik. Müşahidəçilərin rəsmiyyətə saldığı sənədlər bizə kömək oldu ki, biz Avropa Məhkəməsində sübuta yetirə bildik. Sübut edə bildik ki, seçkilər kütləvi şəkildə, total şəkildə saxtalaşdırılıb".

Nemət Əliyev deyir ki, onun partiyasının da təmsil olunduğu Milli Şuranın seçkini boykot etməsinin bir səbəbi də budur ki, bu il heç müşahidə üçün də şərait yoxdur.

Hakimiyyət rəsmiləri isə bir qayda olaraq, seçkidə ciddi pozuntuların olmasını ittihamını rədd edirlər.

Mərkəzi Seçki Komissiyası martın 10-a qədər 22 min yerli müşahidəçinin qeydiyyatdan keçdiyini bildirir.

Müxalifət və müstəqil müşahidəçilər isə deyirlər ki, belə müşahidəçilər daha çox hakimiyyətin namizədinin tərəfində olur.

Prezidentin köməkçisi Zeynal Nağdəliyev isə fevralın 15-də mətbuata deyib ki, seçkiləri yüksək səviyyədə keçirməyə çalışırlar:

Zeynal Nağdəliyev

Zeynal Nağdəliyev

 

“Əsas vəzifə ondan ibarətdir ki, qanunvericilik pozulmasın, heç bir qanun pozuntusuna, saxtakarlığa yol verilmədən proses şəffaf keçirilsin. Azərbaycan dairə seçki komissiyalarına yaradılan şərait baxımından dünyada nümunəvi ölkə rolunu oynayacaq, çünki dairə seçki komissiyaları üçün çox yüksək şərait yaradılıb, ən yeni binalar, ən yeni məkanlar təsis olunub ki, seçicilər rahat şəkildə səsvermədə iştirak etsinlər”.

Seçkiniz izləyən başqa bir qrup müşahidəçi isə jurnalistlərdir. 2013-cü il seçkilərindən bu yana, seçki pozuntularını videoyazıya alan, “MeydanTV” və AzadlıqRadiosu-nun Bakı ofisi bağlanıb.

Azərbaycanda bu prezident seçkisi qəfildən, növbədənkənar elan olundu. Yeddi namizəd artıq rəsmən qeydə alınıb. Onların arasında 15 ildir ki, hakimiyyətdə olan prezident İlham Əliyev də var. Amma hakimiyyəti sərt tənqid edən müxalifət partiyalarının, demək olar, hamısı bu seçkini boykot edib.

Azadlıq Radiosu