XƏBƏR LENTİ

19 İyul 2019
18 İyul 2019

Digər Xəbərlər

03 Mart 2015 - 12:23

Prezident Sloveniyalı qonaqları qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Sloveniya parlamenti Milli Şurasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Strateq.az-ın məlumatına görə, Prezidenti İlham Əliyevlə Mitya Bervarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə Azərbaycanla Sloveniya arasında ikitərəfli münasibətlərin səviyyəsinin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi sahədə razılıq doğurduğu bildirilib. Eyni zamanda, əlaqələrimizin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olunub.
Sloveniya Respublikası parlamenti Milli Şurasının sədri Mitya Bervarın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin ölkələrimiz arasında münasibətlərin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olunub.