Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    “Məmurları haqq-nahaqq çox tənqid edirlər, amma o insanlar bu cür işləyirlər…” –Akif Əlidən müsahibə
  • " width="300" height="266" />
    İlyas İsmayılov:“Türkiyənin çökdürülməsindən sonra növbə digər  müsəlman dövlətlərə çatacaq” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “AZƏRBAYCAN ABŞ VƏ İSRAİLİN YANINDA YER ALACAQ” –Sülhəddin Əkbərdən maraqlı analiz
  • " width="300" height="266" />
    ADP SƏDRİ SƏRDAR CƏLALOĞLU:"Tramp Türkiyə ilə uzun müddət düşmənçilik apara bilməyəcək" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Elmar Məmmədyarov:"Ümid edirik ki, Konvensiyanın ratifikasiyası tezliklə başa çatacaq..."
  • " width="300" height="266" />
    “YAXIN 6 AYDA AZƏRBAYCANDA DEVALVASİYA GÖZLƏNİLMİR”Ekspert Rövşən Ağayev manatın yalnız bir halda ucuzlaşacağını deyir (Müsahibə)
  • " width="300" height="266" />
    Nazir müavini Xələf Xələfov:"Konvensiyada ərazi bütövlüyü və suverenliyə hörmət edilməsi təməl prinsiplərdən biridir" - Müsahibə
  • " width="300" height="266" />
    TÜRK ALİMDƏN SENSASİON İDDİALAR:“Qərb Türkiyəni parçalayıb, yerində Bizansı dirçəltmək planı qurub” – Müsahibə
  • " width="300" height="266" />
    Pakistanın ölkəmizdəki səfiri:“ Qarabağ məsələsi kimi Kəşmir də ərazi bütövlüyü problemidir...”  - Müsahibə
  • " width="300" height="266" />
    Manatı nə gözləyir? –Banklar Assosiasiyasının prezidenti sualları cavablandırır (Müsahibə)

Qaynar Qazan

  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:“Gürcüstanın xoşbəxtliyi Azərbaycan, Türkiyə və Türk Dünyası ilə bağlıdır”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli Elçibəyə xəyanətdən danışdı:“Elçibəyin namizədliyinə əngəl olan hər kəs mükafatını aldı”-VİDEO
  • " width="300" height="266" />
    DEPUTAT FƏZAİL AĞAMALIDAN ZƏRDÜŞT ƏLİZADƏYƏ SƏRT CAVAB:“Elçibəyin əleyhinə ifadə verən onun atası Məmməd Mübariz olub” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ZƏRDÜŞT ƏLİZADƏDƏN QALMAQAL SALACAQ AÇIQLAMALAR:"Qapı açıldı və Vaqif Hüseynovla Əbülfəz bəy gülə-gülə çıxdılar...“ - VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadədən ağır sözlər:"KQB ARXİVLƏRİ AÇILMADIĞINIDAN, BU GÜNDƏYİK"-VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“HEYDƏR ƏLİYEV GƏLƏNDƏN SONRA 12 İRAN GENERALI DA GƏLİB OTURMUŞDU BAKIDA” - VİDEO
  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda növbəti müzakirə:“İRAN VURULARSA, NƏLƏR OLAR?” - VİDEO
  • " width="300" height="266" />
    Əbülfəz Elçibəyin 80 illik yubileyi-TAM VİDEO
  • " width="300" height="266" />
    “Elçibəyin kor bağırsağı partladı, həkimlər dedilər ki…”-Qardaşı oğlundan Elçibəy haqda xatirələr - VİDEO
  • " width="300" height="266" />
    Elçibəyin qardaşı oğlu meydan oxudu:“Hünərləri var çıxıb “rədd olsun fars və rus şovinizmi!” desinlər”-VİDEO

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Avqust 2018
BE ÇA Ç CA C Ş B
« İyl    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  



XƏBƏR LENTİ

20 Avqust 2018
19 Avqust 2018

Digər Xəbərlər

07 İyun 2018 - 04:15

BU GÜN AVROPADA AZƏRBAYCANLA BAĞLI SƏRT QƏRAR VERİLƏ BİLƏR –Hökumətə verilən vaxt sona çatdı

İyunun 5-dən bəri Avropa Şurası Nazirlər Komitəsində Avropa Məhkəməsinin qərarlarının icra vəziyyəti müzakirə edilir.

Gündəlikdə Azərbaycanın da adı var. Komitə müxalif REAL partiyasının sədri, həbsdə olan İlqar Məmmədov və daha bir neçə nəfərin işi ilə bağlı Avropa Məhkəməsinin qərarının icra edilməməsinə dair qərar verməlidir.

Nazirlər Komitəsinin yekun qərarı iyunun 7-də elan ediləcək.

Avropa Məhkəməsinin bu ilin martında qəbul etdiyi qərarında qeyd edilir ki, İlqar Məmmədovun ədalətli mühakimə hüququ pozulub, ona qarşı istifadə olunan sübutlar mötəbər olmayıb. Ona görə də 3 ay ərzində Azərbaycanın Ali Məhkəməsi bu işə yenidən baxmalıdır. Həmin 3 aylıq müddət isə indi – iyunun 5-də başa çatsa da, qərar icra olunmayıb.

Avropa Şurası Nazirlər Komitəsinin 2017-ci il üzrə hesabatına görə, Azərbaycan hökuməti Avropa Məhkəməsinin ümumilikdə 115 qərarı ilə bağlı təzminatları ödəmir.

Bir qərar isə, adətən, bir neçə şikayəti əhatə etdiyindən söhbət yüzlərlə adamın işi ilə bağlı Avropa Məhkəməsinin çıxardığı qərarların icra olunmamasından gedir.

Avropa Məhkəməsində qalib gələn, amma təzminatı ala bilməyənlərdən biri də “Nida” İdarə Heyətinin üzvü Əbülfəz Qurbanlıdır. O deyir ki, 2012-ci ildə etiraz aksiyasında iştirak etdiyinə görə 10 sutka həbs olunub. Avropa Məhkəməsi onun hüquqlarının pozulmasını tanıyıb və buna görə Azərbaycan hökumətini 12 min avro cərimələyib. Vəsaitin bir qismi hissə-hissə ödənilsə də, 2017-ci ildən bəri 3500 avrosu hələ də ödənmir: “Ondan sonrakı dövrdə isə bizim vəkilin Prezident Administrasiyasına müraciətinə cavab olaraq, bildirilib ki, yaxın günlərdə ödənəcək. Biz fikirləşirik ki, bunun ödənilməməsinin səbəbi siyasidir. Görünür, niyəsə qərara gəliblər ki, bu cərimələr ödənilməsin”.

Avropa Şurası Nazirlər Komitəsinin 2017-ci il üzrə hesabatına görə, Azərbaycan Avropa Məhkəməsinin qərarlarını icra etməməsinə görə 3-cü yerdədir. Ümumilikdə 2017-ci ildə çıxarılan qərarlar üzrə Azərbaycan hökuməti 817 min avro cərimələnib.

Avropa Şurasının sözçüsü Endryu Kattinq deyir ki, qərarları icra etməməsinə görə Azərbaycana qarşı sərt addımlar atıla bilər: “Nazirlər Komitəsi İlqar Məmmədov haqda qərarın icrası ilə bağlı problemi dəfələrlə Azərbaycanın diqqətinə çatdırıb. Qərar icra edilməsə, bununla bağlı Avropa Məhkəməsinə yenidən müraicət daxil olsa və məhkəmə qərarının icra edilməməsi konvensiyanın pozuntusu kimi tanınsa, o zaman Azərbaycana qarşı ciddi addımlar atıla bilər. Nazirlər Komitəsi sanksiyalardan tutmuş ölkənin üzvlüyünün ləğvinə qədər müxtəlif qərarlar verə bilər. İlqar Məmmədovun işi ilə bağlı məsələ Avropa Məhkəməsinin tarixində ilk dəfədir baş verir”.

Avropa Məhkəməsinin qərarlarının icrasına nazirlər komitəsi nəzarət edir. Endryu Kattinq deyir ki, qərarlar icra olunmursa, bu zaman diplomatik təzyiqlər edilə bilər ki, hökumətlər qərarları icra etsinlər.

Azərbaycanın Avropa Məhkəməsindəki nümayəndəsi Çingiz Əsgərov isə deyir ki, Bakı bu məhkəmənin bütün qərarlarıyla bağlı lazımi addımlar atır: “İlqar Məmmədovla bağlı qərarı göndərmişik məhkəməyə. Ali Məhkəmə bu qərarın plenumuna çıxarılıb, çıxarılmaması və ya necə icra edilməsi ilə bağlı qərar qəbul etməlidir. O ki qaldı başqa məsələlər, yəni fərdi işlərlə bağlı tədbirlər, vaxtında görüləcək”.

Çingiz Əsgərov təzminatların ödənməməsi ilə bağlı sualı isə qısa cavablayıb. Bildirib ki, bütün tələblər icra edilir.

Vəkil Əsabəli Mustafayev deyir ki, o, Avropa Məhkəməsinə 400-ə yaxın iş göndərib. 2009-cu ildən bəri Avropa Məhkəməsinin qəbul etdiyi 138 iş üzrə qərar icra olunmur: “Beynəlxalq məhkəmənin qərarının, öhdəliklərinin icra edilməməsi Azərbaycan hökumətinin imicinə zərər vurur. Məhkəmə qərarlarında göstərilir ki, hər gecikmə üçün faizlər hesablansın. Biz də indi gözləyirik. Əsas vəsait ödəndikdən sonra faizlərin hesablanması ilə bağlı müraciətlər edəcəyik”.

Əsabəli Mustafayev əlavə edir ki, vətəndaş öz haqqını yerli instansiya məhkəmələrində tapa bilmirsə, bu zaman Azərbaycan hökumətindən hüquqlarını qoruya bilmədiyi üçün Avropa Məhkəməsinə şikayət edə bilər. Avropa Məhkəməsi də hökumətlərin İnsan Haqları Konvesiyasının tələblərinə nə qədər əməl edib-etmədiklərini müəyyənləşdirir.

Hökumətin tənqidçiləri Azərbaycanda müstəqil və ədalətli məhkəmə sisteminin olmadığını, insan hüquq və azadlıqlarının tez-tez pozulduğunu bəyan edirlər. Hökimət isə bütün bu tənqidləri rədd edir, ölkədə bütün hüquqların qorunduğunu bəyan edir.

Azadlıq Radiosu