Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    “Məmurları haqq-nahaqq çox tənqid edirlər, amma o insanlar bu cür işləyirlər…” –Akif Əlidən müsahibə
  • " width="300" height="266" />
    İlyas İsmayılov:“Türkiyənin çökdürülməsindən sonra növbə digər  müsəlman dövlətlərə çatacaq” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “AZƏRBAYCAN ABŞ VƏ İSRAİLİN YANINDA YER ALACAQ” –Sülhəddin Əkbərdən maraqlı analiz
  • " width="300" height="266" />
    ADP SƏDRİ SƏRDAR CƏLALOĞLU:"Tramp Türkiyə ilə uzun müddət düşmənçilik apara bilməyəcək" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Elmar Məmmədyarov:"Ümid edirik ki, Konvensiyanın ratifikasiyası tezliklə başa çatacaq..."
  • " width="300" height="266" />
    “YAXIN 6 AYDA AZƏRBAYCANDA DEVALVASİYA GÖZLƏNİLMİR”Ekspert Rövşən Ağayev manatın yalnız bir halda ucuzlaşacağını deyir (Müsahibə)
  • " width="300" height="266" />
    Nazir müavini Xələf Xələfov:"Konvensiyada ərazi bütövlüyü və suverenliyə hörmət edilməsi təməl prinsiplərdən biridir" - Müsahibə
  • " width="300" height="266" />
    TÜRK ALİMDƏN SENSASİON İDDİALAR:“Qərb Türkiyəni parçalayıb, yerində Bizansı dirçəltmək planı qurub” – Müsahibə
  • " width="300" height="266" />
    Pakistanın ölkəmizdəki səfiri:“ Qarabağ məsələsi kimi Kəşmir də ərazi bütövlüyü problemidir...”  - Müsahibə
  • " width="300" height="266" />
    Manatı nə gözləyir? –Banklar Assosiasiyasının prezidenti sualları cavablandırır (Müsahibə)

Qaynar Qazan

  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:“Gürcüstanın xoşbəxtliyi Azərbaycan, Türkiyə və Türk Dünyası ilə bağlıdır”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli Elçibəyə xəyanətdən danışdı:“Elçibəyin namizədliyinə əngəl olan hər kəs mükafatını aldı”-VİDEO
  • " width="300" height="266" />
    DEPUTAT FƏZAİL AĞAMALIDAN ZƏRDÜŞT ƏLİZADƏYƏ SƏRT CAVAB:“Elçibəyin əleyhinə ifadə verən onun atası Məmməd Mübariz olub” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ZƏRDÜŞT ƏLİZADƏDƏN QALMAQAL SALACAQ AÇIQLAMALAR:"Qapı açıldı və Vaqif Hüseynovla Əbülfəz bəy gülə-gülə çıxdılar...“ - VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadədən ağır sözlər:"KQB ARXİVLƏRİ AÇILMADIĞINIDAN, BU GÜNDƏYİK"-VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“HEYDƏR ƏLİYEV GƏLƏNDƏN SONRA 12 İRAN GENERALI DA GƏLİB OTURMUŞDU BAKIDA” - VİDEO
  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda növbəti müzakirə:“İRAN VURULARSA, NƏLƏR OLAR?” - VİDEO
  • " width="300" height="266" />
    Əbülfəz Elçibəyin 80 illik yubileyi-TAM VİDEO
  • " width="300" height="266" />
    “Elçibəyin kor bağırsağı partladı, həkimlər dedilər ki…”-Qardaşı oğlundan Elçibəy haqda xatirələr - VİDEO
  • " width="300" height="266" />
    Elçibəyin qardaşı oğlu meydan oxudu:“Hünərləri var çıxıb “rədd olsun fars və rus şovinizmi!” desinlər”-VİDEO

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Avqust 2018
BE ÇA Ç CA C Ş B
« İyl    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  



XƏBƏR LENTİ

20 Avqust 2018
19 Avqust 2018

Digər Xəbərlər

13 İyun 2018 - 16:46

Ramiz Mehdiyev Qazaxıstan nümayəndə heyəti ilə görüşüb- FOTO

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev Qazaxıstan Prezidenti Administrasiyası Dəftərxanasının rəhbəri Mahmud Kasımbekovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

“Report” xəbər verir ki, görüşdən əvvəl akademik Ramiz Mehdiyev Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsindəki xidmətlərinə görə Qazaxıstan nümayəndə heyəti üzvlərinin “Tərəqqi” medalı təltif edildiklərini diqqətə çatdırıb və medalları onlara təqdim edib.

Azərbaycan ilə Qazaxıstan arasında münasibətlərin postsovet məkanında nümunəvi olduğunu qeyd edən Ramiz Mehdiyev ulu öndər Heydər Əliyev ilə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev arasında həmişə sıx dostluq əlaqələrinin olduğunu, ümummilli liderin Qazaxıstan dövlətinin başçısının fəaliyyətini daim yüksək qiymətləndirdiyini və Prezident Nursultan Nazarbayevin də ulu öndər Heydər Əliyevə böyük hörmətlə yanaşdığını deyib.

Qeyd olunub ki, müstəqilliklərini bərpa etdikdən sonra mürəkkəb dövrlər keçən Azərbaycan və Qazaxıstan Heydər Əliyev və Nursultan Nazarbayevin müdrik siyasəti sayəsində çətinlikləri dəf edərək sürətli inkişaf yoluna qədəm qoyub. Diqqətə çatdırılıb ki, bu gün xalqlarımız və dövlətlərimiz arasındakı dostluq və əməkdaşlıq ənənələri prezidentlər İlham Əliyev və Nursultan Nazarbayev tərəfindən uğurla davam etdirilir. Ötən dövr ərzində dövlətlərimiz arasında 100-dən artıq sənəd imzalanıb, qarşılıqlı sərmayə yatırımları həyata keçirilib. Beynəlxalq təşkilatlarda ölkələrimiz bir-birini daim dəstəkləyir, parlamentlər arasında əməkdaşlıq münasibətləri yüksək səviyyədədir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında danışan akademik Ramiz Mehdiyev torpaqlarımızın 20 faizinin hələ də Ermənistanın işğalı altında olduğunu deyib. Prezident Administrasiyasının rəhbəri ölkəmizin münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu, eyni zamanda, Azərbaycanın torpaqlarını digər yollarla azad etmək kimi suveren hüququnu özündə saxladığını vurğulayıb.

Qazaxıstan Prezidenti Administrasiyası Dəftərxanasının rəhbəri Mahmud Kasımbekov Prezident Nursultan Nazarbayevin salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib. Azərbaycanla bağlı hər şeyə Qazaxıstanda həssaslıqla yanaşıldığını deyən qonaq əsası Heydər Əliyev və Nursultan Nazarbayev tərəfindən qoyulan möhkəm dostluq əlaqələrinin bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyini vurğulayıb. O, bir müddət əvvəl Astanada ulu öndər Heydər Əliyevə həsr edilən kitabın qazax dilində nəşrinin təqdimatının keçirildiyini xatırladıb, bu gün isə Nursultan Nazarbayevin həyat və fəaliyyəti ilə bağlı nəşrin Bakıda təqdim ediləcəyini deyib. Bildirilib ki, hazırda Qazaxıstanda 150 minə yaxın azərbaycanlı yaşayır və onlar cəmiyyətin bütün sahələrində təmsil olunurlar. Qazaxıstan nümayəndə heyətinin rəhbəri dostluq və tərəfdaşlıq əlaqələrinin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Sonda Mahmud Kasımbekov Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə həsr olunmuş kitabı akademik Ramiz Mehdiyevə təqdim edib.