Gündəm

  • " width="300" height="266" />
    Netanyahu Putinə zəng etdi, təkliflər verdi –Rusiya təyyarəsinin vurulmasına görə
  • " width="300" height="266" />
    Prezident İlham Əliyevdən cəbhədəki son hadisəyə reaksiya:"Əsgərlərimiz onlara elə dərs veriblər ki..."
  • " width="300" height="266" />
    Rəsmi Pekindən ABŞ-a “60 milyardlıq vergi” cavabı gəldi:"Qərarımız sentyabrın 24-də qüvvəyə minəcək"
  • " width="300" height="266" />
    Donald Tramp rəsmi Pekini hədələdi:"Biz iqtisadi cəhətdən sürətli və sarsıdıcı cavab verəcəyik”
  • " width="300" height="266" />
    İsraildən Rusiyanın hərbi təyyərəsinin vurulmasına rəsmi reaksiya:"Bütün məsuliyyət Suriyanın üzərindədir"
  • " width="300" height="266" />
    “Rusiya Suriyadakı hərbçilərinin təhlükəsizliyini təmin edəcək, bunu hamı görəcək” –Putindən bəyanat
  • " width="300" height="266" />
    Türkiyə Suriyaya əlavə qoşun yeridir:"İdlib terroçulardan təmizlənəcək"
  • " width="300" height="266" />
    Ekspertdən neftin qiyməti ilə bağlı təhlükəli proqnoz:"Yeni “neft şoku"nun yaranma riskləri güclənir”
  • " width="300" height="266" />
    Politoloqdan Ərdoğan-Putin razılaşmasına şərh:"Hər iki şərtin yerinə yetirilməsi Türkiyənin çiyinləri üzərinə düşəcək"
  • " width="300" height="266" />
    Rusiya müdafiə naziri Əsəd rejiminin adından da cavab verdi:"İdlibdə hərbi əməliyyatlar aparılmayacaq"

Müsahibə

  • " width="300" height="266" />
    PUTİNİN AZƏRBAYCANLI DOSTU:"Mənə hər hansı tapşırıq verilsə, onu həyata keçirməyi özümə borc biləcəm" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Rusiyalı təhlilçi Qriqori Trofimçuk:"Koçaryan hakimiyyətə idda etsə, ölkədə durum sabitsizləşəcək" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Keçmiş deputat Kərim Kərimov:“Naxçıvana - Heydər Əliyevin yanına gedənlər arasında Etibar Məmmədov da vardı”
  • " width="300" height="266" />
    Yaqub Mahmudov:“Nuru Paşa Azərbaycan ordusu ilə əməkdaşlıq etmədən tarixi vəzifələri yerinə yetirə bilməzdi” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    DEPUTAT MƏLAHƏT İBRAHİMQIZI:“Bu yubiley tədbiri ermənilərə və onları dəstəkləyən qüvvələrə mesajdır”- MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Professor Cəmil Həsənli:"15 sentyabrı «Qurtuluş günü» adlandıra bilmirlərsə, «Paytaxt günü» desinlər"
  • " width="300" height="266" />
    Sülhəddin Əkbər:"Hazırda sionizm öz gücünün zirvəsindədir" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    PROFESSOR XALƏDDİN İBRAHİMLİ:"Suriyada konsensus Qarabağ məsələsində də anlaşmaya yol aça bilər" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“Mümkündür ki, Bəşər Əsəd getsin...” – MÜSAHİBƏ  
  • " width="300" height="266" />
    Türkiyənin keçmiş xarici işlər naziri:"Bağlı qapıların arxasında Türkiyə ilə sərt danışılıb" (Müsahibə)

Qaynar Qazan

  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda QARABAĞ MÜZAKİRƏSİ:“Rusiya ilə indiki anda anlaşma bütün Azərbaycanı itirmək deməkdir" - VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:"Görürəm ki, mənim mindiyim gəmi batır" - VİDEO
  • " width="300" height="266" />
    Dostu “Basqal Həsən” Əbülfəz Elçibəydən danışdı:“Dünyasını dəyişəndə elə bildim ki, həyatım dayandı”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:“Gürcüstanın xoşbəxtliyi Azərbaycan, Türkiyə və Türk Dünyası ilə bağlıdır”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli Elçibəyə xəyanətdən danışdı:“Elçibəyin namizədliyinə əngəl olan hər kəs mükafatını aldı”-VİDEO
  • " width="300" height="266" />
    DEPUTAT FƏZAİL AĞAMALIDAN ZƏRDÜŞT ƏLİZADƏYƏ SƏRT CAVAB:“Elçibəyin əleyhinə ifadə verən onun atası Məmməd Mübariz olub” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ZƏRDÜŞT ƏLİZADƏDƏN QALMAQAL SALACAQ AÇIQLAMALAR:"Qapı açıldı və Vaqif Hüseynovla Əbülfəz bəy gülə-gülə çıxdılar...“ - VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadədən ağır sözlər:"KQB ARXİVLƏRİ AÇILMADIĞINIDAN, BU GÜNDƏYİK"-VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“HEYDƏR ƏLİYEV GƏLƏNDƏN SONRA 12 İRAN GENERALI DA GƏLİB OTURMUŞDU BAKIDA” - VİDEO
  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda növbəti müzakirə:“İRAN VURULARSA, NƏLƏR OLAR?” - VİDEO

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Sentyabr 2018
BE ÇA Ç CA C Ş B
« Avq    
 12
3456789
10111213141516
17181920212223
24252627282930



XƏBƏR LENTİ

19 Sentyabr 2018
18 Sentyabr 2018

Digər Xəbərlər

11 İyul 2018 - 13:09

BİR AY ƏVVƏL AMERİKADAN GƏLMİŞ XƏBƏRDARLIQ:"RUSİYA “GƏNCƏ KEÇİDİ"NDƏ HƏR ŞEY EDƏ BİLƏR!"

Son günlər Gəncədə baş verən hadisələr ictimai diqqəti bütünlüklə Azərbaycanın ikinci böyük şəhərinə yönəldib. 1993-cü ilin hərbi qiyamından bəri, Gəncə oxşar hadisələrin episentrinə çevrilməmişdi. Buna görə də, milli yaddaşda 100 illiyini bu il qeyd etdiyimiz Cümhuriyyətin ilk paytaxtı kimi qalmış şəhərin bir daha dövlətçiliyə zidd hərəkətlərlə gündəmə gəlməsi üzücüdür.

Gəncənin və ətraf bölgənin Azərbaycanın geosiyasi coğrafiyasında müstəsna yeri var. Bu müstəsnalıq ölkədən kənarda da tam şəkildə qavranılır.

ABŞ-ın “Foreign Policy” dərgisində dərc olunmuş (28 may, 2018) “Azərbaycan Qərbə niyə lazımdır?” başlıqlı məqalə Gəncənin həmin önəmini daha əyani şəkildə çatdırır.

Məqalədə toxunulan məsələlərin hazırkı məqamda aktuallığını nəzərə alaraq, Strateq.az bir daha həmin yazını oxucuların ixtiyarına verir.     

_____________________________________________________________

Lyuk Koffi, Əfqan Nifti

“Foreign Policy”

 

Asiya və Avropa arasında enerji və ticarət üçün üç yol var: İran, Rusiya və Azərbaycan. Moskva və Tehranla tikanlı əlaqələrə görə yüz milyard dollarlıq ticarətdən ötrü Qərbə yalnız bir həyat qabiliyyətli marşrut qalır: Xəzər dənizi sahilindəki kiçik Azərbaycan dövləti.

Ermənistanın Azərbaycan ərazisinin, demək olar ki, beşdə birini işğal etməsi faktını nəzərə aldıqda, ticarət cəmi 60 mil uzunluğunda bir zolağa möhtac qalır. Biz bu ticarət zolağını “Ganja Gap” (“Gəncə Keçidi”) adlandırırıq – Azərbaycanın ən böyük ikinci şəhəri olan Gəncəyə uzanan dar keçid.

İndi Rusiya Azərbaycanın rəqib qonşusu Ermənistanın 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində baş verən qanlı Dağlıq Qarabağ münaqişəsini diriltməkdən ötrü İrəvana kifayət qədər təsir edir – “Keçid”i təhdid etməsi üçün ermənilərə təhlükəli bir fürsət verirlər.

Avropanın Rusiya neft və qazından asılılığı azaldıqca, Vaşinqton güclənir. Avropanın enerji təchizatı üçün Moskvadan asılılığını artıracaq, Almaniyanın təklif etdiyi “Nord Stream-2” (“Şimal Axını-2”) qaz kəməri gerçək olmağa yaxınlaşdığı bir dövrdə bu məsələ xeyli aktualdır.

Avropa Rusiyanın təbii qazı ilə ehtiyaclarının 40 faizini ödəyir. Ümumilikdə, Avropa istehsalının azalması və tələbatın artması səbəbindən hər il Rusiyadan təxminən 200 milyard kubmetr təbii qaz idxal olunur.

Rusiyanın enerji istifadəsindən təcavüz vasitəsi kimi istifadə etmək təcrübəsi var və Avropanın Azərbaycan, Qazaxıstan və ya Türkmənistandan ala biləcəyi hər bir barel neft və kubmetr qaz onun Rusiyadan asılılığını azaldır.

Hazırda regionda Rusiya və İrandan yan keçən və “Ganja Gap”dan uzanan (60 mil) üç böyük neft və qaz boru kəməri var:

– Bakıdan Gürcüstana və Türkiyəyə, Aralıq dənizi vasitəsilə xarici dünyaya çıxışı olan Bakı-Tbilisi-Ceyhan boru kəməri;

– Xəzər dənizindən Qara dənizə, sonra isə xarici dünyaya neft çatdıran Bakı-Supsa boru kəməri;

– Cənubi Qafqaz boru kəməri – Azərbaycandan Türkiyəyə keçən və yaxın zamanda təklif olunan Cənub Qaz Dəhlizi ilə İtaliya, sonra isə Avropaya qaz tədarük edəcək nəql marşrutu.

Cənub Qaz Dəhlizi Xəzər regionundan “Ganja Gap” vasitəsilə həyati enerji resurslarını nəql edəcək. Bu təchizat Rusiya boru kəmərlərindən, demək olar ki, yüz faiz asılı olan Cənub-Şərqi Avropa üçün bir nemətdir.

Avropanı Asiyanın ürəyi ilə birləşdirən yalnız neft və qaz boru kəmərləri deyil. Qərbi Avropanı Xəzər bölgəsi ilə birləşdirən fiber-optik kabellər də “Ganja Gap”dan keçir. Avropanın ən uzun (Brestlə (Fransa) Atlantik sahillərindən Çin sərhədində yerləşən İrkeştamı (Qırğızıstan) birləşdirən) B606 avtomobil yolu, Avropa-Cənubi Qafqaz – Bakı-Tbilisi-Qars dəmir yolu xətti də Gəncə şəhərindən keçir. Bunlar potensial həyati əlaqələr halına gəlməlidir.

Əfqanıstanda davam edən kampaniya da “Gəncə Keçidi”nin ABŞ və NATO qoşunlarının təchizatı üçün nə qədər vacib olduğunu sübut edib. Müharibənin qızğın çağında ABŞ-ın təchizatının üçdə birindən çoxu (yanacaq, ərzaq və geyim kimi qeyri-rəsmi hərbi təchizat) “Ganja Gap” vasitəsilə ya dənizlə və ya hava yolu ilə çatdırılıb.

Tramp administrasiyasının Əfqanıstan strategiyasındakı əsas elementi “Taliban” və əlaqəli qruplara dəstək vermək üçün Pakistana təzyiqdir. İslamabada qarşı bu yanaşmanın nəticəsi bu ola bilər ki, ABŞ-ın Əfqanıstandakı tədarükünün əksəriyyətinin Pakistan ərazisindəki mövcud quru və hava yolları ilə çatdırılması tamamilə kəsilə və ya dayandırıla bilər.

İslamabad əvvəllər bir dəfə bu malların keçidini səkkiz ay blokadaya alıb: 2011-ci ildə “Taliban”çılarla atışmada ABŞ qüvvələri Əfqanıstan sərhədi boyunca 28 pakistanlı əsgəri səhvən öldürdüyü zaman. “Ganja Gap” vasitəsilə Gürcüstan və Azərbaycandan keçən tranzit marşrutun genişləndirilməsi hərbi resursların hərəkətində Vaşinqtonun Moskva və İslamabaddan asılılığını azaldır.

Bütün bunlar o deməkdir ki, Rusiya Qərbin “Ganja Gap”dan istifadəsini çətinləşdirə biləcək hər şeyi edə bilər.

Rusiyanın Cənubi Qafqaza təsir yollarından biri Dağlıq Qarabağ bölgəsində dondurulmuş münaqişə ilə bağlıdır. Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. O zaman Ermənistan, Azərbaycanın da daxil olduğu, əksərən etnik ermənilərlə məskunlaşmış bölgəyə ərazi iddiaları irəli sürüb. Tezliklə qanlı bir müharibəyə gətirib çıxaran münaqişədə təxminən 30 min adam öldürülüb, yüz minlərlə məcburi köçkün var.

1992-ci ildən etibarən erməni qüvvələri və Ermənistanın dəstəklədiyi milislər beynəlxalq birliyin Azərbaycanın bir hissəsi kimi tanıdığı ərazinin – Dağlıq Qarabağ və digər yeddi ətraf əyalətin hamısınıümumi ərazinin təxminən 20 faizini işğal ediblər.

“Ganja Gap”dan keçən və Xəzər enerjisini Avropaya daşımaqla məşğul olan əsas neft və qaz boru kəmərlərinin əksəriyyəti Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi və iki tərəf qoşunlarının tez-tez toqquşduğu təmas xəttinə çox yaxındır. Moskva şiddətin hər hansı bir başlanğıcının bu boru kəmərlərinin canlılığını təhdid edəcəyini bilir. Rusiyanın Ermənistana təsirini nəzərə alaraq, yeni döyüşləri başlatmaq çox vaxt aparmayacaq.

Qərbin Ermənistana təsiri nisbətən məhduddur. Keçən ay sabiq prezident Serj Sarkisyanın prezidentlik dövründən sonra ikinci dəfə baş nazir qismində hakimiyyətə yiyələnməsinə istiqamətli mübahisəli təşəbbüsü müxalifət lideri Nikol Paşinyanın iqtidara yetişməsinə gətirib çıxaran kütləvi etirazlara səbəb olub. Ancaq dəyişikliyə baxmayaraq, Ermənistan iqtisadiyyatı və təhlükəsizlik aparatı Rusiyanın çətiri altında qalır. Paşinyan, bütün populist ifadələrinə baxmayaraq, İrəvanın Moskva ilə güclü ittifaq öhdəliyini təsdiqləyib.

Ermənistanda yaşanan son hadisələr 2003-cü ildə Gürcüstanda və ya 2014-cü ildə Ukraynada olduğu kimi, “rəngli inqilab” deyil. Təsadüf deyil ki, Rusiya prezidenti Vladimir Putin Paşinyanı yüksəlişi münasibəti ilə təbrik edən ilk dünya lideri arasındadır.

Rusiya Dağlıq Qarabağ münaqişəsinə cəlb olunmuş hər iki tərəfə silah satsa da, Moskvanın rəğbəti Ermənistanadır. Beləliklə, heç kim Ermənistanın Qərbə doğru əsaslı dəyişiklik etməsini gözləməməlidir.

Həqiqətən, Moskvanın İrəvanla əlaqələri gücləndikcə, Birləşmiş Ştatlar və Avropa Avrasiya məkanında Şərq və Qərb arasında mühüm ticarət, enerji və iqtisadi əlaqələrində Bakı ilə münasibətlərə prioritet verməlidir. Qərb Ermənistanla səmimi münasibətlər yaratmağa çalışmalıdır, amma Birləşmiş Ştatlar regionda strateji prioritetləri müəyyən edərkən diqqətli və realist olmalıdır. Ermənistan böyük ölçüdə məğlub durumdadır; Azərbaycan, hətta bütün çatışmazlıqları ilə, daha yaxşı seçimdir.

“Ganja Gap”a girişin saxlanması – 2017-ci ildə ABŞ Milli Təhlükəsizlik Strategiyasının ilk səhifəsində göstərilən “prinsipial realizm”in mahiyyətidir.

Azərbaycan həm Rusiya, həm də İranla sərhədi olan yeganə ölkədir. Ölkənin suverenliyini qorumağa çalışarkən, Tehran, Moskva və Vaşinqton arasında balansın saxlanması çox vaxt Azərbaycan rəhbərləri üçün çətin bir vəzifədir.

ABŞ-Ermənistan əlaqələrindən fərqli olaraq, 1990-cı illərin əvvəllərindən etibarən ABŞ-Azərbaycan münasibətləri bir sıra sahələrdə, xüsusilə enerji əməkdaşlığında və 11 sentyabr 2001-ci ildən etibarən terrorla mübarizədə inkişaf edib. Azərbaycan bu yaxınlarda Əfqanıstandakı kadr potensialına töhfəsini artırıb. Əfqanıstanda Azərbaycanın 120 hərbi qulluqçusu NATO-nun bəzi üzvlərinə, o cümlədən İspaniya (8), Hollandiya (100) və Norveçlə (54) nisbətdə daha çoxdur.

Doğrudur, ABŞ-Azərbaycan əlaqələrində hələ də mübahisəli nöqtələr var. İnsan hüquqları ilə bağlı məsələlər davamlı bir problem olub və son illərdə mətbuat azadlığı ilə bağlı narahatlıqlar bir sıra tanınmış jurnalistlərin həbsi ilə bağlıdır. Vaşinqtonun insan hüquqlarının inkişafına təkidlə bərabər, ABŞ siyasətçiləri bir məsələyə görə Birləşmiş Ştatların bölgədə daha geniş mənafeyini pozan xarici siyasətin yaranmasına imkan vermirlər. Birləşmiş Ştatlar dünyada ən qlobal qüdrətdir ki, fasiləsiz və təhlükəsiz beynəlxalq ticarətin axınını təmin edir. ABŞ ixracatı daxil olmaqla, qlobal ticarətin sərbəst axını yalnız qlobal iqtisadiyyata deyil, son nəticədə, ABŞ iqtisadiyyatına böyük fayda gətirir. ABŞ-ın geostrateji prioritetlərinə gəldikdə, “Ganja Gap” üst mövqeyə yaxın olmalıdır.

Tramp administrasiyasının Milli Təhlükəsizlik Strategiyası sabit ittifaqlarla yaxşı münasibətlər qurmağın vacibliyini vurğulayır. Bu, xüsusilə Cənubi Qafqazda mühümdür. Bölgədəki gərginliyin azalması həyati enerji, kommunikasiya və ticarət dəhlizlərini təmin edəcək.

Gəncənin tarixi, bir zamanlar ticarət mənbəyi kimi, Avrasiya ilə keçən İpək Yolu ilə bağlıdır. Hətta bu gün də, Rusiyanın dirçəldən, İranı möhkəmləndirən və iqtisadi cəhətdən Çini genişləndirən istənilən möhtəşəm strategiya bu 60 millik zolaqla hesablanmalıdır.

Tərcümə STRATEQ.AZ-a məxsusdur