Gündəm

  • " width="300" height="266" />
    Netanyahu Putinə zəng etdi, təkliflər verdi –Rusiya təyyarəsinin vurulmasına görə
  • " width="300" height="266" />
    Prezident İlham Əliyevdən cəbhədəki son hadisəyə reaksiya:"Əsgərlərimiz onlara elə dərs veriblər ki..."
  • " width="300" height="266" />
    Rəsmi Pekindən ABŞ-a “60 milyardlıq vergi” cavabı gəldi:"Qərarımız sentyabrın 24-də qüvvəyə minəcək"
  • " width="300" height="266" />
    Donald Tramp rəsmi Pekini hədələdi:"Biz iqtisadi cəhətdən sürətli və sarsıdıcı cavab verəcəyik”
  • " width="300" height="266" />
    İsraildən Rusiyanın hərbi təyyərəsinin vurulmasına rəsmi reaksiya:"Bütün məsuliyyət Suriyanın üzərindədir"
  • " width="300" height="266" />
    “Rusiya Suriyadakı hərbçilərinin təhlükəsizliyini təmin edəcək, bunu hamı görəcək” –Putindən bəyanat
  • " width="300" height="266" />
    Türkiyə Suriyaya əlavə qoşun yeridir:"İdlib terroçulardan təmizlənəcək"
  • " width="300" height="266" />
    Ekspertdən neftin qiyməti ilə bağlı təhlükəli proqnoz:"Yeni “neft şoku"nun yaranma riskləri güclənir”
  • " width="300" height="266" />
    Politoloqdan Ərdoğan-Putin razılaşmasına şərh:"Hər iki şərtin yerinə yetirilməsi Türkiyənin çiyinləri üzərinə düşəcək"
  • " width="300" height="266" />
    Rusiya müdafiə naziri Əsəd rejiminin adından da cavab verdi:"İdlibdə hərbi əməliyyatlar aparılmayacaq"

Müsahibə

  • " width="300" height="266" />
    PUTİNİN AZƏRBAYCANLI DOSTU:"Mənə hər hansı tapşırıq verilsə, onu həyata keçirməyi özümə borc biləcəm" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Rusiyalı təhlilçi Qriqori Trofimçuk:"Koçaryan hakimiyyətə idda etsə, ölkədə durum sabitsizləşəcək" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Keçmiş deputat Kərim Kərimov:“Naxçıvana - Heydər Əliyevin yanına gedənlər arasında Etibar Məmmədov da vardı”
  • " width="300" height="266" />
    Yaqub Mahmudov:“Nuru Paşa Azərbaycan ordusu ilə əməkdaşlıq etmədən tarixi vəzifələri yerinə yetirə bilməzdi” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    DEPUTAT MƏLAHƏT İBRAHİMQIZI:“Bu yubiley tədbiri ermənilərə və onları dəstəkləyən qüvvələrə mesajdır”- MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Professor Cəmil Həsənli:"15 sentyabrı «Qurtuluş günü» adlandıra bilmirlərsə, «Paytaxt günü» desinlər"
  • " width="300" height="266" />
    Sülhəddin Əkbər:"Hazırda sionizm öz gücünün zirvəsindədir" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    PROFESSOR XALƏDDİN İBRAHİMLİ:"Suriyada konsensus Qarabağ məsələsində də anlaşmaya yol aça bilər" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“Mümkündür ki, Bəşər Əsəd getsin...” – MÜSAHİBƏ  
  • " width="300" height="266" />
    Türkiyənin keçmiş xarici işlər naziri:"Bağlı qapıların arxasında Türkiyə ilə sərt danışılıb" (Müsahibə)

Qaynar Qazan

  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda QARABAĞ MÜZAKİRƏSİ:“Rusiya ilə indiki anda anlaşma bütün Azərbaycanı itirmək deməkdir" - VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:"Görürəm ki, mənim mindiyim gəmi batır" - VİDEO
  • " width="300" height="266" />
    Dostu “Basqal Həsən” Əbülfəz Elçibəydən danışdı:“Dünyasını dəyişəndə elə bildim ki, həyatım dayandı”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:“Gürcüstanın xoşbəxtliyi Azərbaycan, Türkiyə və Türk Dünyası ilə bağlıdır”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli Elçibəyə xəyanətdən danışdı:“Elçibəyin namizədliyinə əngəl olan hər kəs mükafatını aldı”-VİDEO
  • " width="300" height="266" />
    DEPUTAT FƏZAİL AĞAMALIDAN ZƏRDÜŞT ƏLİZADƏYƏ SƏRT CAVAB:“Elçibəyin əleyhinə ifadə verən onun atası Məmməd Mübariz olub” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ZƏRDÜŞT ƏLİZADƏDƏN QALMAQAL SALACAQ AÇIQLAMALAR:"Qapı açıldı və Vaqif Hüseynovla Əbülfəz bəy gülə-gülə çıxdılar...“ - VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadədən ağır sözlər:"KQB ARXİVLƏRİ AÇILMADIĞINIDAN, BU GÜNDƏYİK"-VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“HEYDƏR ƏLİYEV GƏLƏNDƏN SONRA 12 İRAN GENERALI DA GƏLİB OTURMUŞDU BAKIDA” - VİDEO
  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda növbəti müzakirə:“İRAN VURULARSA, NƏLƏR OLAR?” - VİDEO

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Sentyabr 2018
BE ÇA Ç CA C Ş B
« Avq    
 12
3456789
10111213141516
17181920212223
24252627282930



XƏBƏR LENTİ

19 Sentyabr 2018
18 Sentyabr 2018

Digər Xəbərlər

12 Sentyabr 2018 - 20:35

Deputatlar Xəzər TV-nin Tolikinə “toy tutdular”:"Mənəviyyatsız və tərbiyəsiz..."

Azərbaycanın müxtəlif sahələrində inkişafa nail olmuş, tarixə adını yazdırmış məşhur simaların dar çərçivədə tanınan adamlar tərəfindən təhqir olunması artıq trendə çevrilib. Maraqlıdır ki, bu qəbidən olan Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Səməd Vurğun, Cəfər Cabbarlı kimi dahilər hansısa “qələm sahibi”nin təhqirinə tuş gələndə, onlardan əskilən nəsə olmadı. Əksinə, əskilən, qələminin mürəkkəbi quruyan elə təhqirə yol verənlərin özü oldu.

Bugünlərdə “Xəzər” televiziyasının aparıcısı, “Tolik” kimi tanınan prodüser Tarix Əliyev də təhqir trendinə qoşulub. Sosial şəbəkələrdə Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəyi, öz aləmində, təhqir etməsilə bağlı yazışmaları yayılıb.

Onu da qeyd edək ki, Tolikin Azərbaycanın sabiq prezidenti haqqında aşağılayıcı və təhqiramiz fikirləri insanları qıcıqlandırıb. Necə deyərlər təsir, əks-təsirə səbəb olub…

Sosial şəbəkələrdə də bir TV aparıcısının eks-prezidenti təhqir etməsindən hiddətlənənlər müzakirələr açıblar, Tolikin cəzalandırılması tələb olunur.

Məsələ ilə bağlı Modern.az-a danışan Elçibəyin silahdaşı olmuş deputat Fazil Mustafa bildirib ki, müxtəlif vaxtlarda Əbülfəz bəyi qəbul etməyən, fikirlərini bəyənməyənlər tərəfindən təhqirlərə, tərbiyəsizliklərə yol verilib:

“Zaman da həmin tərbiyəsizliyi, təhqiri o adamların öz üzərinə çevirib. Ona görə də bunların üzərində çox durmaq lazım deyil. O insanı, onun dünyagörüşünü qəbul edib-etməmək adamın öz seçimidir. Amma bu, əsas vermir ki, sən o insanı təhqir edib alçaldasan. Vəfat etmiş şəxslər haqqında bu formada gedən danışıqlar insanın mədəni formasının təzahürüdür. Ona görə də belə məsələləri ictimai qınağın öhdəsinə buraxmaq lazımdır. Ən azı Avropada, Amerikada ölkənin rəhbəri olmuş şəxs haqqında etikadan kənar söz, ifadə, davarnış, münasibət sərgiləməməyə çalışırlar. Bu, qınanılası haldır. Hesab edirəm ki, ictimai qınaq öz təsirini göstərəcək… Azərbaycanda belədir də – kim kiminsə himayəsi altındadırsa, elə bilir, hər mövzuya girişib fikir bildirə bilər. Amma qınaq olsa, başqaları bundan ibrət götürüb belə səhvə yol verməzlər”.

Deputat son vaxtlar bəzi gənclərin Azərbaycanın mədəniyyət, ədəbiyyat, təhsil, siyasət sahələrinin inkişafında rol oyanamış və dünyasını dəyişmiş şəxslər barədə təhqirə yol verməsinin tərbiyədən, təhsildən, ümumi dünyagörüşündən, ailə institutundan qaynaqlandığını vurğulayıb: “Təəssüf ki, getdikcə yetkin adamların sayı azalır. Gənclərin sağlam yetişmə mühiti olmadığına, bağçalarda, orta məktəblərdə sağlam təlim-təhsil verilmədiyinə görə vəziyyət bu yerə gəlib çıxıb. Müəllimə qarşı da təqribən münasibət belədir. Dünən Türkiyədən mənə mətn göndərilmişdi. Şagird öz müəllimini öldürüb. Bilirsiniz, şagirdin müəllimini öldürməsi öz gözünü kor etməsidir. Şagirdin müəlliminə bu formada yaxınlaşa bilməsinin özü psixoloji amillərlə bağlı məsələdir. Çünki müəllimin müqəddəsliyi itəndə onu öldürmək də asan olur. 

Maraqlıdır ki, bizdə də Əbülfəz Elçibəyə, Məhəmməd Əmin Rəsulzadəyə münasibət bu cürdür. Rəsulzadə haqqında da bu cür hədyan danışanlar ortaya çıxır. Amma baxırsan ki, onu yazanlar Rəsulzadənin, Elçibəyin ömrünün bir anına belə dəyməyən miskin varlıqlar, kimliklərdir. Cəmiyyətdə bu tendensiyanı durdurmaq lazımdır. Bu gün Azərbaycanın ayaq üstə dayanmasında rolu olan və rəhmətə getmiş üç siyasi fenomen var. Bunlardan biri Məhəmməd Əmin Rəsulzadə, ikincisi Əbülfəz Elçibəy, üçüncüsü Heydər Əliyevdir. Bu üçü ilə bağlı diqqətli olmaq lazımdır. Onlar dövlət quruculuğu yolunda möhür vurmuş şəxsiyyətlər olduğuna görə təftiş, tənqid etmək, baxışlarını yeni prizmadan dəyərləndirmək olar. Amma təhqir etmək, ədəbsizlik yolverilməzdir.

Biz özümüz də Əbülfəz Elçibəyin bəzi baxışlarına yeni nöqteyi-nəzərdən baxırıq. Azərbaycan gəncliyinə, Azərbaycan insanına birmənalı şəkildə yeritmək lazımdır ki, bunlar, bu gün sənin ayaqüstə rahat gəzdiyin, müəyyən dərəcədə qürur duyduğun, bayrağı, himnilə fəxr etdiyin dövlətin var olması üçün möhür vurmuş şəxsiyyətlərdir. Ona görə də bu məsələdə diqqətli olmaq hamımızın borcudur”.

Məsələyə başqa bir millət vəkili – Ana Vətən Prtiyasının sədri Fəzail Ağamalı da münasibət bildirib. F.Ağamalı Moderator.az-a açıqlamasında deyib: “Sosial şəbəkələrdə Xəzər TV-nin aparıcılarından olan Tarix Əliyevin (Tolik) Əbulfəz Elçibəyi aşağılayan fikirlərini qətiyyətlə pisləyir və lənətləyirəm. Bunu Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə xüsusi yeri ilə fərqlənən Ə.Elçibəyin və onunla bərabər olan, bütün anbisiyalardan uzaq, bütün varlığı ilə bu mübarizədə iştirak edən çoxmilyonlu xalqımıza qarşı təhqir kimi qiymətləndirirəm.

Mən Ə.Elçibəyin hakimiyyət dövrünü kəskin tənqid edənlərdən biriyəm və düşüncələrimdə dəyişməzəm. Lakin Ə.Elçibəyin, hətta adi soydaşımızın belə, şəxsiyyətinin təhqir olunmasını tamamilə yolverilməz hesab edirəm.

Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında müstəsna xidmətləri inkarolunmazdır. Həqiqətən də Ulu Öndərimiz olmasa idi ölkəmiz hələ də fəlakətlər içərisində çırpınmaqda idi. Bu nəhəng tarixi şəxsiyyətin adını önə çəkərək, milli müstəqilliyimizin və məmləkət bütövlüyümüzün səmimi carçılarından biri olan Ə.Elçibəyi bu dərəcədə aşağılamaq mənəviyyatsızlıq və tərbiyəsizlikdir. Belə birisinə ekran müstəvisdində böyük auditoriya vermək qəbuledilməzdir.”