XƏBƏR LENTİ

23 Oktyabr 2019
22 Oktyabr 2019

Digər Xəbərlər

04 Mart 2015 - 06:13

Milli Şuranın mitinqinə hansı partiyalar qatılacaq?

 Milli Şuranın mitinqinə hansı partiyalar qatılacaq?

Milli Şura 15 marta təyin etdiyi mitinqə hazırlaşır. “Talançılığa son!” şuarı ilə keçiriləcək mitinqdə kütləviliyin təmin edilməsi üçün sosial şəbəkədə qurum üzvləri çağırışlar edirlər. Mili Şura mitinqi “İnşaatçılar” metro stansiyasının yaxınlığındakı “Məhsul” stadionunda keçirmək istəyindədir.

Digər müxalifət qurumlarının Milli Şuranın 15 mart aksiyasında iştirak edib-etməyəcəyini araşdırdıq.
Müsavat Partiyası başqanının müavini Elman Fəttah bildirdi ki, partiyada bu məsələ hələ müzakirə edilməyib. Mitinqin təşkilatçıları müraciət edərsə, Milli Şuradan müraciət olarsa, Divanın növbəti iclasında məsələ müzakirə edilə bilər.
“Azadlıq-2015” seçki blokunda da Milli Şuranın 15 mart mitinqi məsələsi müzakirə edilməyib. Ona görə də iştirak edib-etməməklə bağlı indidən konkret fikir yoxdur. Bu barədə blokun təsisçilərindən olan AXP sədri Pənah Hüseyn bildirdi.
ADP sədri Sərdar Cəlaloğlu isə bildirdi ki, əhalinin gündəlik tələbatları ilə bağlı “kiçikçaplı” aksiyalar keçirilə bilər. Onun sözlərinə görə, bu gün iqtidar-müxalifət dialoqları baş tutduğu üçün onlar öz fikirlərini qarşı tərəfə küçələrdə yox, elə üzbəüz görüşdə söyləyirlər:“Hətta bu vasitə ilə onlarla diskussiya edib, fikir və ideyamızı söyləyə bilirik. Bu baxımdan hesab edirəm ki, dialoqda olan qüvvələr üçün mitinqə ehtiyac yoxdur. Mitinq nə üçün keçirilir? Problemi qabartmaq və hökumətə çatdırmaq üçün. Biz də gedib hökumətin nümayəndəsi ilə görüşüb, birbaşa problemləri çatdırırıq. Kim istəyir bunu mitinq etməklə küçədən çatdırsın, kim də istəyir dialoqa qatılıb, diskussiyalara qoşulsun. Hər ikisi eyni şeydir”.