XƏBƏR LENTİ

20 Oktyabr 2018
19 Oktyabr 2018

Digər Xəbərlər

08 Oktyabr 2018 - 08:39

İqtisadçı ekspert:“Neft 3 dəfə bahalaşıb, amma maaşlarda artım yoxdur”

 “Hökumət yenə də neftin qiymətinin artmasından düzgün nəticələr çıxartmır. Qiymətlərin artması insanların həyatında ifadə olunmur. Məsələn, neftin qiyməti 3 dəfəyə yaxın artsa da, əhalinin maaşlarında bu qədər artım yoxdur”.

Bu sözləri iqtisadçı ekspert Nemət Əliyev “Azadlıq Radiosu”na açıqlamasında bildirib.  Onun sözlərinə görə neftin bahalaşması yeni iş yerlərinin artmasında özünü ifadə etmir, yoxsulluq və işsizlik səviyyəsi dəyişməz olaraq qalır: “Əgər, hökumət maliyyə vəsaitlərindən düzgün istifadə etməsə, korrupsiyanın, monopoliyanın qarşısının alınması yönündə təsirli tədbirlər görməsə, əhalinin yaşayış səviyyəsi pisləşməkdə davam edəcək. Çox təəssüf ki, yanlışlıqlardan düzgün nəticə çıxartmaq təəssüratı görünmür”.

Nemət Əliyev də hesab edir ki, hökumət normalda neftin qiymətlərinin artmasından istifadə etməli və vəsaitləri qeyri-neft sektorunun inkişafına istiqamətləndirməlidir.  Onun sözlərinə görə, hökumət elə bir xətt götürməlidir ki, qeyri-neft sektorunda çalışan əmək qabiliyyətli əksər insanların həyat səviyyəsi yüksəlsin: “Çox təəssüflər ki, hökumət əvvəlki illərdə neftin gətirdiyi üstünlüklərdən istifadə edə bilmədi. Milyardlarla manat maliyyə korrupsiya meyilli infrastruktur layihələrə yönəlidi. Nəticədə, vəsaitlər təyinatından yayındırılıb xüsusi şəxsi maraqların təmin olunmasına istiqamətləndirildi. Bir müddət sonra ictimaiyyət infrastruktur sahəsində həyata keçirilmiş işlərin böyük fəsadlar verdiyinin şahidi oldu. Yol, keçid, körpü infrastrukturuna baxın, nəzərdə tutulan müddətlər başa çatmadan çatlar, dağıntılar ortaya çıxdı. Yaxud kanalizasiya xətlərinə milyonlar xərclənib, amma yağış yağanda paytaxtın əksər hissəsi suyun altında qalır”