XƏBƏR LENTİ

22 Oktyabr 2018
21 Oktyabr 2018
20 Oktyabr 2018

Digər Xəbərlər

12 Oktyabr 2018 - 17:00

Milli Məclisin medalının təsis edilməsi ilə bağlı təklif irəli sürülüb

Milli Məclisin deputatı Siyavuş Novruzov Milli Məclisin medalının təsis edilməsi ilə bağlı təklif irəli sürüb.

Trend-in xəbərinə görə, parlamentin bugünkü iclasında çıxış edən deputat bildirib ki, hakimiyyətin əksər strukturları öz medalını təsis edir, amma Milli Məclisin özünün təsis etdiyi medal yoxdur:

“Milli Məclisin 100 illiyi ilə bağlı xatirə medalı var, lakin onun daşınması mümkün deyil, hər gün “100 illik” olmur. Hər bir təşkilatın medalını təsdiq edirik, lakin özümüzünkünü təsis etmirik. Belə medal təsis edilsə, onu gələn qonaqlara da təqdim etmək olar”.