XƏBƏR LENTİ

19 İyul 2019
18 İyul 2019

Digər Xəbərlər

04 Mart 2015 - 06:58

Məzahir Pənahov parlament seçkilərindən danışıb
Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsi həmməruzəçisinin başçılıq etdiyi nümayəndə heyəti martın 3-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb.
MSK-dan Strateq.az-a daxil olan məlumata görə, M.Pənahov rəhbərlik etdiyi qurumun nüfuzlu beynəlxalq təşkilatlarla, eləcə də Avropa Şurası ilə əlaqələrinə daim önəm verdiyini və gələcəkdə də seçkilər sahəsində qarşılıqlı faydalı əməkdaşlığı davam etdirmək niyyətində olduğunu bildirib.
Tadeuş İvinski qarşıdan gələn seçkilərlə bağlı görüləcək işlərlə maraqlanıb. Qonaqların suallarını cavablandıran Komissiya sədri vətəndaşların seçki hüquqlarının təmin edilməsi üçün atılacaq addımlar və nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.