XƏBƏR LENTİ

21 İyul 2019
20 İyul 2019
19 İyul 2019

Digər Xəbərlər

04 Mart 2015 - 07:28

Xələf Xələfov: “Ümid edirəm ki…”

bitmap-img6

“Azərbaycan ölkәlәrin suveren hüquqlarının dәstәklәnmәsi çәrçivәsindә Xәzərin hüquqi statusunun müəyyənləşdirməsi vә qarşılıqlı əməkdaşlıq çәrçivәsindә bütün prosesin danışıqlar yolu ilə həllinə tərəfdardır”

Bu barədə Azәrbaycan xarici işlәr nazirinin müavini Xәlәf Xәlәfov Xәzәrin hüquqi statusu ilә bağlı işçi qrupun Bakıda keçirilən 39-cu iclasında deyib.

X. Xələfov bildirib ki, 2010-cu ildə dövlət başçılarının Bakı sammiti əsas məsələlərə, xüsusilә su sәthinin bölünmәsi vә bioloji resursların qorunması ilә bağlı mәsәlәlәrə yeni impuls verdi: “Həştərxan sammiti isə Xəzərin hüquqi statusunun müəyyən edilməsi istiqamətində üzv ölkələrin mövqeyinə yeni təkan verdi və bir sıra siyasi sənədlər qəbul edildi. ümid edirəm ki, prezidentlərin Həştərxan sammitində razılaşdırdıqları bəyanatların prinsipləri Konvensiyanın razılaşdırılması zamanı nəzərə alınacaq. Mәn tәrәflәr arasında regional sabitlik, tәhlükәsizlik vә Xәzәrdә iqtisadi fәaliyyәtlә əlaqədar qarşılıqlı etimadın vacibliyini qeyd etmәk istәrdim. Xəzər dənizi nəqliyyat dəhlizlərində və bir sıra beynəlxalq layihələrdə vacib rol oynayır. Bu baxımdan Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən layihələr, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı-Tbilisi-Әrzurum qaz xәttini qeyd etmәk istәyirәm. Bu layihələr ölkələrin iqtisadi inkişafı və rifahının artmasına təkan verəcək”.(azvision.az)