XƏBƏR LENTİ

06 Dekabr 2019
05 Dekabr 2019

Digər Xəbərlər

04 Mart 2015 - 07:31

Ümumerməni bəyannaməsi nədir?

Tahir Kərimli: “Heç belə fikir olmasaydı da, Türkiyənin sərhədlərin açılması məsələsində güzəştə gedəcəyi inandırıcı deyildi”

“Dağlıq Qarabağ prosesinə gəldikdə isə…”


“Erməni soyqırımı ilə bağlı ümumerməni bəyannaməsi Ermənistan üçün üzücü nəticələrə səbəb olacaq”. Ermənistan mətbuatının verdiyi məlumata görə, belə bir bəyanatla Erməni Milli Konqresinin lideri, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan çıxış edib.
Martın 1-də İrəvanın mərkəzində keçirilən mitinqdə çıxış edən L. Ter-Petrosyan bildirib ki, sözügedən bəyannamənin qəbulu ilə xarici siyasətin əsaslarında Türkiyəyə qarşı məlum tələblərin irəli sürülməsi məsələsi yer alacaq.
“Bu qəfil dönüşün hansı nəticələrə gətirib çıxaracağını proqnozlaşdırmaq çətin deyil. Həmin bəyannamə Qarabağ nizamlanmasında və erməni-türk münasibətlərində müəyyən maneələr törətməklə, bizə beynəlxalq aləmlə problemlər yaradacaq”, – deyə o vurğulayıb.
Bəllidir ki, Azərbaycan diplomatiyası bütün istiqamətlər üzrə Ermənistanı ifşa etməyə nail olub. Artıq bütün dünya, mötəbər qurumlar Ermənistanın qeyri-konstruktiv mövqeyinin səbəbini anlayıb. Görünür, çıxılmaz durumda qalan Ermənistan indi də bu ideyanı ortaya atıb. ümumerməni bəyannaməsinin qəbulunun Dağlıq Qarabağ prosesinin nizama salınmasına və Türkiyə-Ermənistan arasında aparılan sərhədlərin açılması dialoquna nə kimi təsiri olacaq?
Vəhdət Partiyasının sədri Tahir Kərimli açıqlamasında bildirdi ki, həmin Levon Ter-Petrosyan demişdi ki, ona bir çox ziyalılar müraciət edərək “soyqırım” iddialarından əl çəkməyin zəruriliyini tələb edir: ” İndisə fərqli mövqe ortaya qoyur. Qondarma iddianı onların siyasətçiləri vasitə kimi istifadə etməyə başlayıb. çünki bu proses bütün dünya ermənilərini əhatə edir. özlərinin dediyinə görə, xarici ölkələrdə 10 milyona yaxın erməni yaşayır. Bununla bütün diqqəti siyasilər özlərinə fokslamaq istəyir. Bir faktı da deyim ki, erməni təşkilatlarının petisiya toplamaq işində geniş təcrübəsi var. Amma düşünmürəm ki, ümumerməni bəyannaməsinin onlara xeyri olsun. Əksinə, bu amil Türkiyəni daha da qıcıqlandıracaq. Heç belə fikir olmasaydı da, Türkiyənin sərhədlərin açılması məsələsində güzəştə gedəcəyi inandırıcı deyildi. çünki Ərdoğan bu günlərdə kəskin şəkildə bəyan etdi ki, sərhədlərin açılması yalnız Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən sonra mümkün ola bilər. İsrail dövləti də bu işdə ermənilərə dəstək olmayacağını bəyan etdi.
Dünyada yəhudilərin dəstəyi olmadan hansısa qlobal prosesi uğurla nəticələndirmək mümkün deyil. Dağlıq Qarabağ prosesinə gəldikdə isə, uzun illərdir ermənilər müxtəlif bəhanələrlə konstruktivlikdən qaçır. Bu da onların növbəti bəhanəsi sayıla bilər”.

Məhəmmədəli QƏRİBLİ