XƏBƏR LENTİ

12 Dekabr 2018
11 Dekabr 2018

Digər Xəbərlər

06 Dekabr 2018 - 15:12

Rəsmi Kiyevdən bəyanat:"Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"

“Ukrayna Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində dinc yolla həllini dəstəkləyir”.

Bunu ATƏT Xarici İşlər Nazirləri Şurasının Milandakı illik iclasında Ukraynanın xarici işlər naziri Pavlo Klimkinbildirib.

“Gürcüstan, Azərbaycan, Moldova ərazilərindəki münaqişələrin bu ölkələrin ərazi bütövlüyü və suverenliyi çərçivəsində tam və dinc yolla həlli ümumi amalımız olmalıdır”, –  nazir vurğulayıb.

Ukraynanın XİN rəhbəri həmçinin region ölkələrinin təhlükəsizliyini təmin etməkdə ATƏT-in mühüm platform olaraq qaldığını diqqətə çatdırıb/Report.