XƏBƏR LENTİ

12 Dekabr 2018
11 Dekabr 2018

Digər Xəbərlər

06 Dekabr 2018 - 16:10

Türkmənistanın sabiq prezidenti Türkmənbaşının ailəsi nə işlə məşğuldur? –ARAŞDIRMA

Almaniya KİV-ləri Türkmənistanın sabiq prezidenti, mərhum Saparmurat Niyazovun (Türkmənbaşı) ailəsinin harada və nə işlə məşğul olduğunu müəyyən ediblər.

Strateq.az “Radio Azattık”a istinadən bildirir ki, bu barədə Almaniyanın “Der Tagesspiegel” nəşri araşdırma aparıb. Məlum olub ki, S.Türkmənbaşının qızı İrina və nəvəsi Yekatirina Sokolovalar  Berlindəki  “Trockland Group” şirkətinin aksiyalarının sahibləridir.

Jurnalistlər həmçinin müəyyən ediblər ki, Türkmənbaşının kürəkəni Vladimir Sokolov həmin şirkətdə vitse-prezident postunu tutur, Saparmurat Niyazovun həyat yoldaşı Muza Niyazova isə şirkətə daxil olan “Trockland XI Charlie GmbH” firmasının aksiyalarının sahibidir. Məhz “Trockland Group” şirkəti yaxın zamanlarda Berlinin elit rayonu sayılan Çekpoynt Çarlidə tikinti ilə məşğul olacaq.

Araşdırma nəticəsində bəlli olub ki, Muza Niyazova “Paragon Appartements” adlı şirkətin də sahibi olub. Sonradan o, öz payını satıb.

Qeyd olunur ki, Muza Niyazova qeyri-rəsmi şəkildə ərindən boşanmış halda yaşayıb. Saparmurat Niyazovun prezident seçilməsindən sonra Muza Moskvaya köçüb. O vaxtdan bəri Türkmənistana çox nadir hallarda gəlib. Sonuncu dəfə əri Saparmurad Türkmənbaşının dəfnində olub.

Araşadırma nəticəsində məlum olub ki, Türkmənbaşının qızı, həyat yoldaşı və nəvəsi hazırda Londonda yaşayırlar.