XƏBƏR LENTİ

26 İyun 2019
25 İyun 2019

Digər Xəbərlər

11 Yanvar 2019 - 12:53

Mübariz Qurbanlı:“Radikal dini qruplar ictimai-siyasi sabitliyi pozmağa çalışırlar”

Son dövrdə radikal dini qruplar ayrı-ayrı ölkələrdə ictimai-siyasi sabitliyi pozmağa, qarşıdurma yaratmağa cəhdlər edirlər.

Strateq.az  Trend-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, bəzi ölkələrdə hətta buna nail də olublar: “Biz bunu Suriyanın, İraqın, Əfqanıstanın və digər ölkələrin timsalında görə bilərik. Radikal dini qruplar olduqca təhlükəlidir. Ona görə də buna qarşı ciddi qabaqlayıcı tədbirlər görülməlidir. Ölkədə bununla əlaqədar müvafiq dövlət orqanları lazımi addımlar atırlar”.

M.Qurbanlı qeyd edib ki, radikalizmlə bağlı çəkilən filmlərlə ölkədəki dini durum, dövlət-din münasibətləri, radikal dini qruplar barədə daha dolğun məlumatları ictimaiyyətə, xüsusilə də gənclərə çatdırmaq olar.