XƏBƏR LENTİ

19 Mart 2019
18 Mart 2019

Digər Xəbərlər

12 Yanvar 2019 - 15:27

Bakılı Baş nazirin müavini və Putinin yanında səlahiyyətli nümayəndə təyin edildi –Roman Simanduyev Fərhad Səmədovu əvəzlədi

Bakılı Roman Simanduyev Rusiya Prezidenti yanında Başkortostanın səlahiyyətli nümayəndəsi vəzifəsinin icraçısı – respublika baş nazirinin müavini təyin edilib.

Bu barədə fərmanı regionun rəhbəri səlahiyyətlərini icra edən Radi Xabirov imzalayıb.

R.Simanduyev bu vəzifədə digər həmvətənimizi – Başkortostan rəhbərinin sənaye və yanacaq-energetika kompleksi məsələləri üzrə müşaviri təyin olunmuş Fərhad Səmədovu əvəz edib.

Roman Simanduyev 1964-cü ildə Bakıda doğulub. Moskva Toxuculuq İnstitutunu və Moskva Hüquq İnstitutunu bitirib. 2005-2017-ci illərdə RF Prezidentinin daxili siyasət idarəsinin referenti olub.

Fərhad Səmədov 1959-cu ildə Gürcüstanın Qardabani rayonunda doğulub. V.V.Kuybışev adına Moskva Mühəndis-İnşaat İnstitutunu bitirib. Əmək fəaliyyətinə Azərbaycanda başlayıb. 2003-cü ildə Başkortostana köçüb, “Başneft” şirkətinin neft-kimya departamentinin direktoru, “Birləşmiş Neft Kimya şirkəti” səhmdar cəmiyyətinin prezidenti olub/Azərtac.