XƏBƏR LENTİ

23 Oktyabr 2019
22 Oktyabr 2019

Digər Xəbərlər

07 Fevral 2019 - 18:24

“Putin hakimiyyəti özünü içəridən yeyib-dağıdır” –"Karnegi" fondu Rusiyadakı prosesləri təhlil edir

“Putinin 2000-ci ildə hakimiyyətə gələndən qurduğu güclü, monolit və dinamik dövlət indi içəridən özünü yeyib-dağıdır, qubernatorlar, nazirlər, senatorlar nümayişkaranə, qəddarcasına həbsə göndərilir. Diqqətini daha çox geosiyasətə ayıran Putin, sanki hakimiyyətin putinsizləşdirilməsi üçün darvazanı açıb, dövlət başçısından başqa heç kəsin toxunulmaz olmadığı bir durum yaradılır”.

Strateq.az “Azadlıq radiosu”na istinadən xəbər veri ki, bu barədə “Karnegi” fondunun saytında Tatyana Stanovaya Rusiya Federasiya Şurasının senatoru Rauf Araşukovun qətl sifarişində şübhəli bilinərək saxlanmasından yazıb. Bu saxlanma təkcə senatorun özü üçün deyil, bütünlükdə Rusiya siyasi isteblişmenti üçün bir şok idi. Müəllif bu həbsi 2016-cı ildə iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin korrupsiya ittihamıyla saxlanması ilə müqayisə edir. O, “Rosneftin” ofisində şirkət rəhbəri Iqor Seçinlə görüşdən çıxında saxlanmışdı.

Əvvəllər siloviklər yalnız regional miqyasda siyasətçilərə qarşı tədbir görürdülərsə, son illər federal xadimlər belə bundan sığortalanmayıblar, parlament toxunulmazlığının dəyəri kəskin düşüb. Ulyukayevin həbsilə son həbsin fərqi ondadır ki, bu dəfə çoxsaylı siyasi institutlar, strukturlar, nüfuz qrupları zərbəni hiss elədi, qalib isə FSB – Federal Təhlükəsizlik Xidmətidir”, – yazan müəllif keçmiş nazirin həbsinin siyasi xarakterli olduğunu yazır. Axı, nazir “Rosneft”in rəqib “Başneft” şirkətini almaq niyyətin qarşı çıxmağa özündə cəsarət tapmışdı.

“Rusiyanın Qaraçay-Çərkəz Şimali Qafqaz Respublikasını təmsil edən Araşukov isə siyasi fiqur, hətta əsl siyasətçi belə adlandırıla bilməz. O, böyük korporasiyalar və hakimiyyətə yaxınlığından faydalanan biznesmen sinfini təmsil edir. Belələri federal səviyyədə mövqelərini gücləndirməkdən ötrü federal status əldə etməyə can atırlar. Rusiyanın Şimali Qafqaz regionundan belə fiqurlarla bağlı kriminal element həmişə mövcud olur. Araşukovun həbsi isə Rusiyada dövlət idarəçiliyi sisteminin bir çox vacib hissələrinə ciddi zərbə oldu. İlk zərbəni “Qazprom” nəhəngi və onun filial şirkətlərindən biri yedi. İstintaqa görə, bu şirkət mövcud olmayan istehlakçılara qaz satıb və bu sxemdə senatorun birbaşa əli olub. “Qazprom” rəhbəri Aleksey Miller istintaqla tam əməkdaşlıq etsə də, imicinə ziyan dəydi. Ölkə rəhbərliyinin qaz monopolisti rəhbərinin konkret nədən xəbəri olmasıyla bağlı ciddi sualları olacaq”, – müəllif yazır.