XƏBƏR LENTİ

20 Mart 2019
19 Mart 2019

Digər Xəbərlər

14 Mart 2019 - 18:53

“Kommersant” qəzeti:"Zurabişvili Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyib"

Gürcüstan Prezidenti Salome Zurabişvili Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyib.

Bu barədə Rusiyanın “Kommersant” qəzeti yazıb.

Məqalədə qeyd olunur ki, Gürcüstan prezidenti Ermənistan Prezidenti Armen Sarkisyan və Baş nazir Nikol Paşinyanla görüşlər zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz mövqeyini bir daha təsdiq edib və Ermənistan rəhbərliyinin ünvanına ittihamlar səsləndirib.

Qəzet yazır ki, Ermənistan parlamentinin sədri Ararat Mirzoyanla görüşü zamanı S.Zurabişvili deyib:

“Ermənistan tərəfindən Gürcüstanın ərazi bütövlüyünün təkcə sözdə yox, həm də əməldə tanınması bizim üçün çox vacibdir”.

Dövlət başçısı vurğulayıb ki, o Dağlıq Qarabağdan separatçıların Abxaziya və Cənubi Osetiyaya səfərlərini nəzərdə tutur: “Bununla da səfər təşkilatçıları bu münaqişələrin simmetrik olduğunu diqqətə çatdırır. Bu, çox kədərli və ağrılı məsələdir. Bu münaqişələr regionumuzun birgə inkişafını məhdudlaşdırır”.  

Trend