XƏBƏR LENTİ

27 May 2019
26 May 2019

Digər Xəbərlər

14 Mart 2019 - 20:18

Robert Sekutadan həmsədrlərin bəyanatına şərh:"Bu, Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olmaq istəyini əks etdirir"

“ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatı Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olmaq istəyindən xəbər verir”.

Bunu ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta bildirib.

“Bu bəyanat çox şey ifadə edir. Məncə, bu uzanmış münaqişənin həllində irəliləyişə nail olmaq istəyini əks etdirir. ABŞ ATƏT-in Minsk qrupunun həmsədri olaraq tərəflərin bu münaqişəni həll etməyin yolunu tapmaları üçün işləməyə davam edir”, – deyə o qeyd edib.

Diplomat ABŞ-ın Azərbaycandakı yeni səfiri Örl Litzenberqerə uğurlar arzuladığını ifadə edib.

Martın 12-də Prezident İlham Əliyev ABŞ-ın yeni səfiri Örl Litzenberqerin etimadnaməsini qəbul edib. Onun sələfi Robert Sekutanın diplomatik missiyası ötən ilin mart ayında başa çatmışdı/Report.