XƏBƏR LENTİ

19 Mart 2019
18 Mart 2019

Digər Xəbərlər

15 Mart 2019 - 09:20

Novruz Məmmədov doğum günündə parlamentdə hesabat verəcək –Baş nazirin bu gün 72 yaşı tamam olur

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Trend-in məlumatına görə, iclasda Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatı dinləniləcək. Hesabatı Baş nazir Novruz Məmmədov təqdim edəcək. Qeyd edək ki, bu, N.Məmmədovun Baş nazir kimi ilk hesabatı olacaq.

Qeyd edək ki, bu gün Azərbaycanın Respublikasının baş naziri Novruz Məmmədovun 72 yaşı tamam olur.

Novruz İsmayıl oğlu Məmmədov 15 mart 1947-ci ildə Babək rayonunun Şıxmahmud kəndində anadan olub.  1964-cü ildə orta məktəbi bitirərək, Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun Avropa dilləri fakültəsinin fransız dili şöbəsinə daxil olub.
1970-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib və Azərbaycan Respublikası Təhsil Nazirliyinin qərarı ilə İnstitutda müəllim vəzifəsinə təyin edilib.
1967-1968-ci illərdə Əlcəzairdə, 1971-1973-cü illərdə Qvineyada, 1978-1981-ci illərdə yenidən Əlcəzairdə tərcüməçi, baş tərcüməçi işləyib.
1991-ci ildə dissertasiya işini müdafiə edərək, filologiya elmləri namizədi elmi dərəcəsini alıb. 1992-1993-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun hazırlıq, 1993-1997-ci illərdə isə fransız dili fakültələrinin dekanı vəzifəsində işləyib. 1995-1997-ci illərdə Azərbaycan Respublikası Prezidentinin fransız dili üzrə tərcüməçisi olub.  1997-ci ilin aprel ayında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri təyin edilib.
2002-ci ilin yanvar ayında Prezidentin Fərmanı ilə fövqəladə və səlahiyyətli səfir rütbəsi verilib. 2005-2018-ci illərdə YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvü olub. 2012-ci ilin noyabr ayında Prezident Administrasiyası rəhbərinin müavini təyin edilib.
2017-ci ilin may ayında Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri təyin edilib.
Azərbaycan Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Baş naziri təyin edilib.
Evlidir. Üç övladı və nəvələri var.