XƏBƏR LENTİ

19 Aprel 2019
18 Aprel 2019

Digər Xəbərlər

16 Aprel 2019 - 12:17

“Yeni Azərbaycan Partiyası hər zaman dialoqa hazırdır” –Deputatdan müxalifətə mesaj

Əvvəllər Azərbaycan siyasi meydanında iqtidar-müxalifət dialoquna tez-tez şahidlik edirdik. Amma son illərdə bu cür dialoqlar aparılmır. İqtidar və müxalifət nümayəndələri arasında bu fikir mübadilələrinə sanki maraq azalıb.

İqtidar – hakim Yeni Azərbaycan Partiyasının üzvü, deputat Aydın Mirzəzadə isə təmsil etdiyi partiyanın belə dialoqlara hazır olduğunu deyib.

Strateq.az xəbər verir ki, o, modern.az-a açıqlamasında qeyd edib ki, müxalifət tərəfindən hər hansı məsələnin müzakirəsi ilə bağlı təkliflər edilsə, bu, nəzərdən keçiriləcək:

“Dialoq ümumilikdə götürdükdə mühit deməkdir. Tərəflərin öz mövqeyini bildirməsi, qanun və sivillik çərçivəsində polemikaya gedilməsi, öz arqumentlərini irəli sürməklə söhbət aparılmasıdır. Hesab edirəm ki, bu məsələdə problem yoxdur. Sosial şəbəkələrdə fərqli fikirlərin yayılmasını, iqtidar-müxalifət polemikasını görürük.

Birbaşa dialoq səviyyəsində görüş məsələsinə gəldikdə isə Yeni Azərbaycan Partiyası hər zaman görüşlərə, dialoqlara hazırdır. Bu münasibətə qapıları həmişə açıqdır. Müxalifət tərəfindən görüşlə, hər hansı məsələnin müzakirəsi ilə bağlı təkliflər olarsa, bu, nəzərdən keçiriləcək. Üzv olduğum partiya hər zaman Azərbaycanda demokratiyanın olmasına çalışır, müxtəlif fikirlərin səsləndirilməsinə hörmətlə yanaşır”.