XƏBƏR LENTİ

16 İyul 2019
15 İyul 2019

Digər Xəbərlər

20 Aprel 2019 - 13:20

Politoloq Zelenskinin prezident seçiləcəyini deyir:"Poroşenkonun fərqi azaltmaq cəhdi alınmadı"

Politoloq Elxan Şahinoğlu Ukraynada prezidentliyə namizədlər arasında stadionda keçirilən debatın nəticəsini dəyərləndirib.

Strateq.az bildirir ki, o, Petro Poroşenkonun debatda qələbə çala bilmədiyini deyir: “Vladimir Zelenski məğlub olmadı. Halbuki, ilk əvvəldən debat təklifi Poroşenkodan gəlmişdi. Hazırki prezident düşünürdü ki, siyasətdə naşı olan komediya artistini darmadağın edib, birinci turun nəticəsinə görə aralarındakı fərqi azaldacaq. Alınmadı.

Ona görə alınmadı ki, Poroşenkonun prezident olduğu illərdə səhvləri olub və Zelenski sualları ilə həmin nöqtələrə vururdu”.

Politoloq qeyd edib ki, Zelenski də Ukraynanı necə inkişaf etdirəcəyinə dair heç nə deyə bilməyib: “Çünki artistin konkret proqramı yoxdur. Ona görə də, Zelenski debatın ən yadda qalan və əvvəlcədən hazırlanmış fikrini bu şəkildə söylədi: “Cənab Poroşenko mən siyasətçi deyiləm, mən Sizin səhvlərinizin nəticəsiyəm”.

Beləliklə, sabah seçkidir. Poroşenkonun “səhvlərinin nəticəsi” prezident olmağa yaxındır”.