XƏBƏR LENTİ

16 İyul 2019
15 İyul 2019

Digər Xəbərlər

20 Aprel 2019 - 18:56

Türk jurnalist:"Baxçalının gizli hədəfi Ərdoğandır"

Dövlət Baxçalının gizli hədəfi Ərdoğandır.

Bu sözləri türkiyəli jurnalist Qədri Gürsəl şəxsi Tvitter səhifəsində yazıb. O, MHP sədri Dövlət Baxçalının Antalya şəhərindəki çıxışını xatırladıb:

“Baxçalı AKP-yə “33 faiz geriləmisiniz” deyir. Hesab bəsitdir, Cümhur İttifaqının 52 faiz səsindən Baxçalının 18.81 faizini çıxanda 33.19 faiz qalır. Baxçalının 18.81 fərziyyəsindən Atatürkün doğum ilinə uzanan numerologiyanın örtülü hədəfi Ərdoğandır. Çox maraqlıdır”.

Qeyd edək ki, bundan əvvəl Antalyada çıxış edən MHP sədri Dövlət Baxçalı 31 mart seçkilərindən danışarkən səsvemədə nəticələrinin 18.81 faiz olduğunu, bu rəqəmin 1881-lə eynilik təşkil etdiyini və Mustafa Kamal Atatürkün 1881-ci ildə doğulduğunu söyləyib. (Axar.az)