XƏBƏR LENTİ

24 Avqust 2019
23 Avqust 2019

Digər Xəbərlər

24 Aprel 2019 - 12:00

Rusiya TŞ katibi:"Dünyadakı münaqişələrin əksəriyyəti üçüncü ölkələrin avantüralarının nəticəsidir"

“Dünyadakı münaqişələrin əksəriyyəti üçüncü ölkələrin hərbi avantüralarının və ayrı-ayrı oyunçuların regional, bəzən də qlobal orbit rolunu üzərinə götürmək, beynəlxalq ictimaiyyətin digər üzvlərinin onun əmrlərinə boyun əyməyə məcbur etmək cəhdlərinin nəticəsidir”.

Bunu Rusiya Təhlükəsizlik Şurasının (TŞ) katibiNikolay Patruşev Moskva Beynəlxalq Təhlükəsizlik Konfransının açılış mərasimində deyib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyətin əsas vəzifəsi münaqişələrdən və zorakılıqlardan azad dünya qurmaqdır.

“Bu yalnız bütün ölkələrin beynəlxalq sazişlərlə üzərinə götürdüyü öhdəliklərə vicdanla riayət etməsi, kollektiv başlanğıcların, ilk növbədə BMT mexanizmlərinin gücləndirilməsi halında mümkündür”, – N.Patruşev bildirib. (Report)