XƏBƏR LENTİ

25 May 2019
24 May 2019

Digər Xəbərlər

24 Aprel 2019 - 12:45

Türkiyə səfiri:"Erməniləri haqq yoluna, yalandan uzaq durmağa çağırıram"

“Uydurma erməni soyqırımını tanıyanları qınayırıq. Həqiqət yerini tapmalıdır. Türk millətinin tarixində heç vaxt utanılacaq hadisə baş verməyib”.

Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Bakıda keçirilən ”Uydurma erməni soyqırımı: Həqiqətlər və reallıqlar” adlı dəyirmi masada deyib.

Səfir qeyd edib ki, ermənilərin Azərbaycan qarşı törətdiyi əməllər, cinayətlər qiymətini almalıdır: “Azərbaycanlı qardaşlarımıza qarşı etdiklərinə nə cavab verəcəklər? Türkiyəni soyqırım törətməkdə ittiham edənlərə demək istəyirəm ki, buyursunlar, araşdırsınlar. Yalanlar dünyadan silinməlidir. Erməniləri haqq yoluna, yalandan uzaq durmağa çağırıram. Hər kəs etdiyinin cəzasını almalıdır. Bu günə qədər 34 türk diplomatı ASALA tərəfindən qətlə yetirilib”.

Diplomat qeyd edib ki, Xocalıda qətliam törədənlər layiqli cavabını almalıdır: “Azərbaycanlıları qətlə yetirən erməniləri qəhrəman elan ediblər. Bu, dünyanın ən böyük haqsızlığıdır”. (Report)