XƏBƏR LENTİ

20 May 2019
19 May 2019
18 May 2019

Digər Xəbərlər

15 May 2019 - 19:15

Azərbaycan-NATO əməkdaşlığı müzakirə olunub- Brüsseldə

Brüsseldə Azərbaycanla NATO arasında “Planlaşdırma və Analiz Prosesi” (PAP) sənədinin müzakirəsi üzrə “29+1” formatında görüş keçirilib.

Bu barədə ONA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, görüşdə bu sənəd çərçivəsində Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumları tərəfindən icra edilən Tərəfdaşlıq məqsədləri və öhdəlikləri, eləcə də digər məsələlər müzakirə olunub.