XƏBƏR LENTİ

20 Sentyabr 2019
19 Sentyabr 2019

Digər Xəbərlər

19 May 2019 - 17:04

Hakim partiya nümayəndəsi:“Marneulidəki seçkilərdə heç bir pozuntu baş verməyib”

“Marneuli rayonunda icra başçısı seçkilərində heç bir qanun pozuntusu qeydə alınmayıb”.

Bunu Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının liderlərindən biri İrakli Sesiaşvili deyib.

O bildirib ki, Marneulidə seçicilərin azad şəkildə səs verməsi üçün hər bir şərait yaradılıb: “Mən opponentləri bir daha vətəndaşların seçki hüququna hörmətlə yanaşmağa çağırıram”.

İ.Sesiaşvili müxalifəti rayonda səsvermə prosesinin gedişatı ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yaymaqda ittiham edib/Report.