XƏBƏR LENTİ

24 İyun 2019

Digər Xəbərlər

23 May 2019 - 11:14

Gürcüstan Prezidenti:“Saakaşvilinin vaxtı keçib”

“Mixeil Saakaşvilinin Gürcüstana qaytarılması məsələsi artıq gündəlikdə deyil”.

Bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvili Estoniyanın İctimai televiziyasına müsahibəsində bildirib.

O deyib ki, M.Saakaşvilinin vaxtı keçib və o, özünü reabilitasiya edə bilmədi.

S.Zurabişvili sabiq prezidentin Gürcüstan üçün problem olmadığını vurğulayıb.

Dövlət başçısı müsahibədə Gürcüstan-Rusiya münaqişəsinə də toxunub: “Bizim dondurulmuş münaqişələrimiz yoxdur, bizim işğal altında olan torpaqlarımız var. Dondurulmuş münaqişələr əvvəllər olub. İşğal olunmuş torpaqlar Gürcüstanın əsas problemidir”. /Report