XƏBƏR LENTİ

27 İyun 2019

Digər Xəbərlər

23 May 2019 - 14:08

İstefa vermiş deputatlar yeni partiya yaradırlar –“Gürcü Arzusu”

Gürcüstanın hakim Gürcü Arzusu Partiyasından istefa vermiş deputatlar yeni partiya yaradırlar.

Siyasi təşkilatın təsisçiləri Eka Beselia, Gedevan Popxadze və Zviad Kvaçantiradze olacaq.

Partiyanın təsis qurultayı bu il iyunun sonuna planlaşdırılıb.

Qeyd edək ki, bu ilin fevralında hakim partiyanın bir neçə deputatı Gürcüstan parlamentinin çoxluğundan istefa veriblər. Buna onların Ali Məhkəməyə hakimlərin seçilməsi qaydaları ilə bağlı fərqli mövqeləri səbəb olub. E.Beselia Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvilinin yaxın tərəfdaşlarından biri və parlamentin Hüquq məsələləri üzrə komitəsinin sədri olub. /Report