XƏBƏR LENTİ

20 Sentyabr 2019
19 Sentyabr 2019

Digər Xəbərlər

23 May 2019 - 16:19

Almaniyalı deputatlarla Milli Məclisdə görüş olub –Müzakirə

meclis-1.jpg

Azərbaycanda səfərdə olan Almaniya Bundestaqının Almaniya-Cənubi Qafqaz parlament qrupunun üzvləri Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşüblər.

Strateq.az Milli Məclisə istinadla xəbər verir ki, görüşdə Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyev bildirib ki, Azərbaycan Almaniya ilə münasibətlərinə böyük önəm verir və iki ölkə arasındakı münasibətlər yüksək səviyyədədir.

O, belə səfərlərin sayının artırılmasının vacibliyindən danışıb. Söhbət zamanı qonaqlara ölkəmizin əldə etdiyi uğurlar, reallaşdırdığı layihələr, qanun yaradıcılığı prosesi barədə geniş məlumat verilib.

Görüş üçün təşəkkürünü bildirən Almaniya Bundestaqının Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri Yohanes Kars Azərbaycanda 20 il əvvəl olduğunu və ötən dövrdə Azərbaycanın çox inkişaf etdiyini və gözəlləşdiyini diqqətə çatdırıb. Qonaq Azərbaycana Gürcüstan sərhədindən avtomobillə gəldiklərini, buna görə də təkcə Bakıdakı deyil, regionlardakı inkişafın da şahidi olduqlarını qeyd edib. Bildirilib ki, Azərbaycan regionda vacib rola sahibdir və Almaniya üçün çox vacib tərəfdaşdır.

Söhbət zamanı Azərbaycan-Almaniya münasibətlərinin bundan sonra daha da inkişaf edəcəyinə əminlik ifadə olunub.

Görüşdə Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri Əli Hüseynli, Tahir Mirkişili, Sevinc Hüseynova, Asim Mollazadə, hər iki ölkənin səfirləri Ramin Həsənov və Mixael Kindsqrab iştirak ediblər.