XƏBƏR LENTİ

20 Sentyabr 2019
19 Sentyabr 2019

Digər Xəbərlər

26 May 2019 - 10:30

MHP sədri:“Kürd xalqı üzərindən oyun oynayırlar"

MHP sədri Dövlət Baxçalı HDP ilə bağlı MHP-çilərə bəzi təlimatlar verib.

Bu iddia ilə Türkiyənin “Təqvim” qəzeti çıxış edib. Qəzet 23 iyunda İstanbulda keçiriləcək seçkilərlə bağlı MHP sədrinin 16 rayon başçısı ilə keçirdiyi iclasda İstanbul və HDP ilə bağlı xüsusi tapşırıqlar verdiyini yazıb və çıxışının bir hissəsini yayımlayıb.

“Kürd xalqı üzərindən oyun oynayırlar. “HDP kürdləri təmsil edir” təəssüratını yaradırlar. Bunun doğru olmadığını vətəndaşa izah edib, bu təsəvvürləri qırın.

Bizim üçün İstanbul çox önəmlidir. Qapı-qapı dolaşacaqsınız. Partiya ayrı-seçkiliyi etmədən çalışacaqsınız. Türk-kürd hamımız qardaşıq”, – Baxçalı bildirib. /Axar.az