XƏBƏR LENTİ

18 Avqust 2019
17 Avqust 2019

Digər Xəbərlər

07 İyun 2019 - 15:48

Məzahir Pənahov Qazaxıstana gedib –Seçkiyə görə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun başçılıq etdiyi nümayəndə heyəti iyunun 9-da Qazaxıstan Respublikasında keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə etmək məqsədilə bu ölkəyə səfər edib.

MSK-dan Strateq.az-a verilən məlumata görə, Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Berik İmaşevin dəvətinə əsasən gerçəkləşdirilən səfər çərçivəsində M.Pənahovun Qazaxıstanlı həmkarı və digər rəsmi şəxslərlə bir sıra görüşlər keçirməsi, ali seçki qurumları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılması nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan MSK təmsilçiləri həmçinin, ATƏT/DTİHB, MDB və Türk Şurasının tərkibində də sözügedən seçkilərin müşahidəsinə qatılıblar. MSK nümayəndələri səsvermə günü paytaxt Nur-Sultanda və bölgələrdə yerləşən seçki məntəqələrində müşahidə aparacaqlar.