XƏBƏR LENTİ

18 Avqust 2019
17 Avqust 2019

Digər Xəbərlər

09 İyun 2019 - 23:31

Müsavatda seçki – Gənclər Təşkilatının yeni sədri seçildi

Bu gün Müsavat Gənclər Təşkilatının VII konfransı keçirilib.

Strateq.az xəbər verir ki, Müsavat başqanı Arif Hacılı, Divan üzvləri Gülağa Aslanlı, Razim Əmiraslanlı, başqanın müavini Fərəc Kərimli, MNTK üzvləri Nuru Xanlarov və Əli Həsənovun iştirak etdiyi konfransda əvvəlcə təşkilatın əvvəlki sədri Əbülfəz Sadlıqbəylinin və qurumun NTK-sının hesabatı dinlənilib.

Arif Hacılı ölkədəki ictimai-siyasi durumla əlaqədar çıxış edib, gənclərə tövsiyyələr verib.

Daha sonra təşkilatı məsələlərə baxılıb.

Elman Quliyev gizli səsvermə yolu ilə Müsavat Gənclər Təşkilatının sədri seçilib.

Qurumun Şura üzvlüyünə Əziz Məmiyev, Əşrəf Buludlu, Eldəniz Hüseynov, Araz İsmayıl, Kamal Hüseynov, Rüfət Malikəjdərli və Rüstəm İmamverdiyev, NTK üzvlüyünə isə Elşad Həsənzadə, Fərid Hüseynli və Ülvi Abdullayev seçiliblər.