XƏBƏR LENTİ

20 İyun 2019
19 İyun 2019

Digər Xəbərlər

12 İyun 2019 - 16:43

Hulusi Akar:"Türkiyə, Azərbaycan və Gürcüstanın hərbi sahədə möhkəm əməkdaşlıq əlaqələri var"

Türkiyə, Azərbaycan və Gürcüstanın hərbi sahədə möhkəm əməkdaşlıq əlaqələri var. Qarşıdakı dövrdə bu əlaqələr müdafiə və təhlükəsizlik sahəsi ilə məhdudlaşmayacaq, digər sahələri də əhatə edəcək.

Bunu iyunun 12-də Qəbələ şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin üçtərəfli görüşündən sonra keçirilən brifinqdə Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar deyib.

Göstərilən qonaqpərvərliyə görə Azərbaycan tərəfinə minnətdarlıq edən H.Akar qeyd edib ki, üç ölkənin birgə çalışması böyük önəm kəsb edir. Müdafiə sahəsində imzalanan əməkdaşlıq memorandumunun çox yaxında ölkələrimiz üçün faydalarını görəcəyik.

Bu gün keçirilən görüşdə tərəflərin mövcud iş birliyi və əməkdaşlıq potensialının perspektivlərini müzakirə etdiklərini deyən H.Akar bildirib ki, Türkiyə, Azərbaycan və Gürcüstanın birgə əməkdaşlığı çox önəmlidir(azərtac).