XƏBƏR LENTİ

20 İyun 2019
19 İyun 2019

Digər Xəbərlər

12 İyun 2019 - 18:43

Prezident İlham Əliyev Türkiyə BMM-nin vitse-spikerini qəbul edib- FOTO

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 12-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) vitse-spikeri Süreyya Sadi Bilgiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

ONA-nın Prezidentin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib, parlamentlərarası əməkdaşlığın əlaqələrin möhkəmlənməsi işinə töhfə verdiyi vurğulanıb.

Söhbət zamanı ölkələrimizin həyata keçirdiyi birgə qlobal enerji və nəqliyyat layihələrinin önəmi vurğulanıb, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı məsələlər müzakirə edilib, ikitərəfli münasibətlərimizin bundan sonra da möhkəmlənəcəyinə və inkişaf edəcəyinə əminlik bildirilib.

Görüşdə Bakıda keçirilən Regional Təhlükəsizlik və Əməkdaşlıq üzrə Parlament Konfransı və Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasının təsis konfransının beynəlxalq parlamentlərarası əməkdaşlığın genişləndirilməsi baxımından önəmi qeyd olunub.