XƏBƏR LENTİ

18 Avqust 2019
17 Avqust 2019

Digər Xəbərlər

13 İyun 2019 - 09:45

Ərdoğan:“Türkiyə S-400 müdafiə sistemini alacaq demirəm, almışdır deyirəm”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan lideri olduğu AK Partiyanın toplantısında S-400 müdafiə sistemlərilə bağlı məsələyə aydınlıq gətirib.
Ərdoğan qeyd edib ki, Türkiyə S-400 müdafiə sistemini alacaq demirəm, almışdır deyirəm: “Bu iş artıq bitmişdir. Önümüzdəki ay bu sistemin ölkəmizə çatdırılması prosesi həyata keçiriləcək”.
Türkiyə prezidenti diqqətə çatdırıb ki, bu, heç də sonsuz, hesabsız bir kredit deyil: “Bizə verilmiş dəstəyə qarşılıq vermək məcburiyyətindəyik”.
Ərdoğan F-35 döyüş təyyarələrilə də bağlı fikirlərini dilə gətirib. Qeyd edib ki, Türkiyə F-35-lərin yalnız müştərisi deyil, eyni zamanda istehsal ortağıdır: “İndiyə qədər biz 1 milyard 250 milyon dollar ödəmişik. F-35 layihəsinin gerçəkləşməsi istisna edilməməlidir”. /APA