XƏBƏR LENTİ

21 İyul 2019
20 İyul 2019
19 İyul 2019

Digər Xəbərlər

14 İyun 2019 - 18:01

XİN:"Ermənistan reallığı nə qədər tez dərk etsə, bölgəmizdə dayanıqlı sülh bir o qədər tez təmin olunacaq"

“Ermənistan Xarici İşlə Nazirliyinin sonuncu bəyanatında qeyd edildiyi kimi “sülhə əlverişli mühitin yaradılması” üçün bu bəyanata uyğun davranmaq lazımdır”.

Bu barədə APA-ya Azərbaycan XİN-in mətbuat xidmətindən daxil olan açıqlamada bildirilib.

“Ermənistan müdafiə nazirinin azərbaycanlı hərbi qulluqçuları məhv etmək əmri və snayperləri təltif etməsi sülh şəraitinin yaradılmasına nə dərəcədə uyğun gəlir?! Xatırladırıq ki, Azərbaycan Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə həll edilməsində və təbii ki, danışıqların irəlilədilməsində maraqlı tərəfdir. Vurğulayırıq ki, danışıqların ən mühüm məqsədlərindən biri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxardılmasıdır. Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarında qanunsuz mövcudluğunu saxlayacağı təqdirdə, danışıqların başqa vacib hissəsi ola bilməz. Nə qədər tez Ermənistan bu reallığı dərk etsə, bir o qədər tez bölgəmizdə dayanıqlı sülh, inkişaf və rifah təmin olunacaq”,- deyə açıqlamada vurğulanır.