XƏBƏR LENTİ

14 Oktyabr 2019
13 Oktyabr 2019
12 Oktyabr 2019

Digər Xəbərlər

15 İyun 2019 - 19:33

Gürcüstan Parlamentinin birinci vitse spikeri:"Sərhədlərin müəyyənləşdirilməsi istiqamətində irəliləyiş əldə etmişik"

Hər iki tərəf də “Keşikçidağ”ın sərhədlərini müəyyənləşdirməyə çalışır və bu istiqamətdə irəliləyiş əldə etmişik.

APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstan Parlamentinin birinci vitse spikeri Tamar Çuqoşvili belə deyib. O, bildirib ki, sərhədlərin müəyyənləşdirilməsi istiqamətində aparılan işlər dayandırılmayacaq.

“Sərhədlərin müəyyənləşdirilməsi istiqamətində irəliləyiş əldə etmişik. Bu çətin bir mövzudur və həlli asan deyil. Amma bu istiqamətdə addım atılması təbiidir”, – deyə T. Çuqoşvili bildirib.