XƏBƏR LENTİ

14 Oktyabr 2019
13 Oktyabr 2019
12 Oktyabr 2019

Digər Xəbərlər

17 İyun 2019 - 15:42

Aksiyaçılar Prezident Sarayının qarşısına kartof kisələri gətirdi –Zurabişvilinin istefasını tələb olunur

Tbilisidə Gürcüstan prezidentinin sarayı qarşısında simvolik aksiya keçirilib.

“Birlikdə evdə – Gürcüstanda” təşkilatının üzvləri sarayın qarşısına kartof kisələri gətiriblər.

Aksiya iştirakçıları prezident Salome Zurabişvilinin istefasını tələb ediblər.

Təşkilatın rəhbəri Salome Çelidze bildirib ki, kartof prezidentin hakimiyyətə gəlməsi ilə bağlıdır: “Bizdə hamı üçün havayı kartof var. Kartof simvolik olaraq paylanılacaq və bu, Salome Zurabişvili istefaya gedənə qədər davam edəcək”.

Qeyd edək ki, Gürcüstan müxalifəti ötən ilin noyabrında ölkədə keçirilən prezident seçkilərində hakim Gürcü Arzusu Partiyasını S.Zurabişvilinin xeyrinə seçicilərin səslərini kartof və soğanla satın almaqda ittiham ediblər/Report.